M.Binotto: Şumaxerdən çox şey öyrəndim

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Mixael Şumaxerdən çox şey öyrənib.

F-1.az xatırladır ki, italiyalı mütəxəssis 1995-ci ildə Ferrari-nin motor şöbəsinə işə düzəlib. O dövrlər Mixael Şumaxerin öndərliyində Ferrari-ni zirvəyə qaldıran komandanın bir parçası olub. Binotto 2019-cu ildən Ferrari komandasının rəhbəridir.

Mattia Binotto: “Gözəl dövrlər idi və o komandanın bir parçası olduğum üçün qürurluyam. Şumaxerdən çox şey öyrəndim və hazırda sahib olduğum liderlik istedadını ondan götürmüşəm. Bunu heç vaxt unutmayacam”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*