M.Şumaxer: Ardıcıl iki yarış xal gözləmirdim

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, ardıcıl iki yarışda xal almağı gözləmirmiş.

F-1.az xatırladır ki, almaniyalı sürücü Şpilberqdəki yarışı 6-cı bitirərək, Silverstoun yarışından sonra yenidən xal qazanıb.

Mik Şumaxer: “Özümü yaxşı hiss edirəm. Özümə güvənirdim. Düzü, təkərlər ümid etdiyimiz kimi dözmədi. Buna görə də iki pit-stoplu strategiya seçdik. Lakin performansımız yaxşı idi. Həftəsonu başlayanda bunu istəyirdik və oldu. Davamlı xal almaq əladır. Komanda üçün əla nəticədir. İki maşınla da xal aldıq. Bunu gözləmirdik. Əla həftəsonu oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*