Hindistan Qran Prisi: Tras

Təqvimdə Hindistan yarışın peyda olması barədə şayiələr çoxdan gəzirdi, amma yalnız 2007-ci ilin yanvarında Toyota TF107-nin rəsmi təqdimat mərasimində Berni […]

Təqvimdə Hindistan yarışın peyda olması barədə şayiələr çoxdan gəzirdi, amma yalnız 2007-ci ilin yanvarında Toyota TF107-nin rəsmi təqdimat mərasimində Berni Ekklstoun bildirmişdi ki, bir neçə ildən sonra Hindistan yarışı debüt edəcək. Layihəni yerli hökumət dəstəkləmişdi və Nyu Dehli yaxınlığında torpaq sahəsi ayrılmışdı. İlk yarış bir neçə dəfə təxirə salınsa da, 2011-ci ilin təqviminə daxil edildi.

Dehli yaxınlığında böyük idman kompleksi peyda oldu – yarış kompleksi, kriket stadionu, ot üstündə hokkey stadionu, qolf meydançası, idman məktəbləri: Herman Tilkenin işləyib hazırladığı avtodromun tikintisi 300 milyon Avroya başa gəldi.

Avtodromun tribunalarının tutumu 120 min yerdir, bir neçə ildən sonra bu rəqəm iki dəfə arta bilər. Hər tribunadan 3-4 döngə aydın görünür – bu təşkilatçıların uğurudur.

hin2

Tarix: 26-28 oktyabr 2012-ci il
Tras: Nyu Dehli
Dövrənin uzunluğu: 5137 m
Dövrələrin sayı: 60
Ümumi məsafə: 308.220 km

Artıq bir neçə ildir ki, Formula1 çempionatında Hindistanın öz komandası var, yerli sürücülər çempionatda çıxış edirlər, indi isə ölkənin çox gözəl avtodromu da çempionata vəsiqə qazanıb. Keçən il debüt yarışında problemlər yaşansa da, tras həm sürücülərin, həm də azarkeşlərin xoşuna gəlib.

Trasın hazırlanması zamanı Tilke komanda və sürücülərlə məsləhətləşib ki, ötmələrə maksimum şərait olsun. Komandalar konfiqurasiyanı simulyatorlarda işləyiblər, bir neçə dəfə konfiqurasiyaya düzəlişlər edilib və nəhayət son variant təsdiq edilib. 2008-ci ilin oktyabrında trasın tikintisi başlanıb və 3 ildən sonra Buddh İnternational Circuit avtodromu rəsmən açılıb.

Tras 16 döngədən ibarətdir, iki düz uzun yol ciddi əylənmə zonası ilə başa çatır, üçüncü sektor isə yalnız döngələrdən təşkil olunub. Orta sürət 206 km/saatdır, maksimal sürət 315 km/saatdır, minimal sürət 70 km/saatdır, dövrənin 64%-ni sürücülər tam basılmış qaz pedalı ilə qət edəcəklər.

Pirelli şirkəti Hindistana Hard və Soft tərkiblərini gətirəcək, keçən il eyni təkərlərlə yarışda ilk altılıq 2 pit-stop etməli olmuşdu. Təhlükəsizlik Maşını trasa çıxmamışdı, qələbəni isə poul qazanmış sürücü bayram etmişdi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Hindistan Qran Prisi: Tras

Təqvimdə Hindistan yarışın peyda olması barədə şayiələr çoxdan gəzirdi, amma yalnız 2007-ci ilin yanvarında Toyota TF107-nin rəsmi təqdimat mərasimində Berni […]

Təqvimdə Hindistan yarışın peyda olması barədə şayiələr çoxdan gəzirdi, amma yalnız 2007-ci ilin yanvarında Toyota TF107-nin rəsmi təqdimat mərasimində Berni Ekklstoun bildirmişdi ki, bir neçə ildən sonra Hindistan yarışı debüt edəcək. Layihəni yerli hökumət dəstəkləmişdi və Nyu Dehli yaxınlığında torpaq sahəsi ayrılmışdı. İlk yarış bir neçə dəfə təxirə salınsa da, 2011-ci ilin təqviminə daxil edildi.

Dehli yaxınlığında böyük idman kompleksi peyda oldu – yarış kompleksi, kriket stadionu, ot üstündə hokkey stadionu, qolf meydançası, idman məktəbləri: German Tilkenin işləyib hazırladığı avtodromun tikintisi 300 milyon Avroya başa gəldi.

Avtodromun tribunalarının tutumu 120 min yerdir, bir neçə ildən sonra bu rəqəm iki dəfə arta bilər. Hər tribunadan 3-4 döngə aydın görünür – bu təşkilatçıların uğurudur.

hin2

Tarix: 28-30 oktyabr 2011-ci il
Tras: Nyu Dehli
Dövrənin uzunluğu: 5137 m
Dövrələrin sayı: 60
Ümumi məsafə: 308.220 km

Artıq bir neçə ildir ki, Formula1 çempionatında Hindistanın öz komandası var, yerli sürücülər çempionatda çıxış edirlər, indi isə ölkənin çox gözəl avtodromu da çempionata vəsiqə qazanıb.

Trasın hazırlanması zamanı Tilke komanda və sürücülərlə məsləhətləşib ki, ötmələrə maksimum şərait olsun. Komandalar konfiqurasiyanı simulyatorlarda işləyiblər, bir neçə dəfə konfiqurasiyaya düzəlişlər edilib və nəhayət son variant təsdiq edilib. 2008-ci ilin oktyabrında trasın tikintisi başlanıb və 3 ildən sonra Buddh İnternational Circuit avtodromu rəsmən açılıb.

Tras 16 döngədən ibarətdir, iki düz uzun yol ciddi əylənmə zonası ilə başa çatır, üçüncü sektor isə yalnız döngələrdən təşkil olunub. Hesablama orta sürət 210 km/saatdır, maksimal sürət 315 km/saatdır, minimal sürət 80 km/saatdır, dövrənin 65%-ni sürücülər tam basılmış qaz pedalı ilə qət edəcəklər.

Pirelli şirkəti Hindistana Hard və Soft tərkiblərini gətirəcək, amma bu dəfə yumşaq təkərlər əsas elan olunub. İlkin qiymətləndirməyə görə, komandalar 3 pit-stoplu strategiya quracaqlar, amma hər şey bazar günü trasın vəziyyətindən asılı olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*