Amma məsələ ondadır ki, komanda son illərdə transformasiya dövründən keçirdi. Bu müddətdə Red Bull Powertrains (RBPT) mühərrik bölməsi sıfırdan yaradılıb, yarış güc qurğularının istehsalı üçün ən müasir zavod tikilib və bunu nəzərə aldıqda, Milton Kinsə işə gələn mütəxəssislərin sayı komandadan ayrılanlardan açıq-aşkar çoxdur.
“Bir neçə həftə əvvəl bu mövzunu Red Bull əməkdaşlarından biri ilə müzakirə edirdim, – deyə Formula1-in keçmiş sürücüsü Up to Speed podkastında danışıb. – Əslində, Ferrari, Mercedes və digər komandalardan bu komandaya keçənlərin sayı ondan ayrılanların sayını üstələyir.
RBPT-yə baxmaq kifayətdir: bu bölmə sıfırdan yaradılıb, zavod tikilib və işə yüzlərlə insan cəlb olunub. Bu mütəxəssislərin heç biri motoidmandan gəlməyib – onların hamısı Formula1-in digər komandalarından keçib.
Ümumiyyətlə, guya komandanın uğursuzluğa düçar olması ilə bağlı belə söhbətlər açıq şəkildə şişirdilir. Kadr dəyişiklikləri daim baş verir, bütün komandalar işçiləri işə götürür və işdən çıxarır, onları məcburi “akademik məzuniyyət”ə göndərir və sair.
Ümumiyyətlə, mən bu prosesdə qeyri-adi heç nə görmürəm. Razıyam, komanda heyətində Ədrian Nyui və digər tanınmış mütəxəssislər işləyəndə, əlbəttə, onlar öz vəzifələrinin öhdəsindən əla gəlirdilər. Amma bizim idman növümüz getdikcə daha mürəkkəbləşir və artıq konkret bir şəxs həlledici amilə çevrilə bilməz”.





