FİA “ötmə zonları” tətbiq etməyi planlaşdırır

Formula1-də ötmələri artırmaq üçün tətbiq olunacaq arxa antiqanadın hərəkətli elementi hələlik bir çox suallar doğurur. FİA da başa düşür ki, […]

Formula1-də ötmələri artırmaq üçün tətbiq olunacaq arxa antiqanadın hərəkətli elementi hələlik bir çox suallar doğurur. FİA da başa düşür ki, bu yeniliyi komandalar real şəraitdə yalnız mövsümün ilk yarışlarında yoxlaya biləcəklər, ona görə də FİA-nın nümayəndələri bu sistemin tətbiqinin ilkin şərtlərini elan ediblər – şərtlər mövsümün gedişində dəyişə bilər.

İlkin proqnozlara görə, pilot sistemi start düzlüyünün son 600 metrlik kəsiyində aktivləşdirə bilər və yalnız o halda ki, maşınlar arasındakı fərq 1 saniyə olsun. Britaniyanın Autosport həftəliyinin bildirdiyinə görə, bu məlumatları FİA artıq komandalara bəyan edib. Bir neçə yarışdan sonra toplanmış təcrübə təhlil olunacaq və reqlaentə düzəlişlər eidləcək.

Hələlik isə məhz 600 metrlik zona optimal hesab edilib. Bu halda ötmə mümkündür, amma heç də asan olmayacaq. Kompyuter simulyasiyası göstərir ki, düzlüyün sonunda maşınların sürət fərqi 10-12 km/saat olacaq. Prosesi daha əyani göstərmək üçün asfalta xüsusi marikorvka vurulacaq.

Birincisi, son düzlüyə çıxaran döngənin girişində maşınlar arasındakı 1 saniyəlik fərqi göstərən iki xətt çəkiləcək. Bu xətlər tribunlara toplaşmış azarkeşlərə və TV tamaşaçılarına da vəziyyətin reallığını göstərəcək – əgər iki maşın bu xətlərin arasına yerləşərsə, deməli sistemi aktivləşdirmək mümkün olacaq. Start düzlüyünün özündə isə 600 metrik zonanın başlamasını bildirən xətt çəkiləcək.

FİA bu yenilikləri artıq Xeres testlərində yoxlamağı planlaşdırır, sonuncu Bəhreyn testlərində isə sistemin bütün prinsip və mexanizmləri tam yoxlamadan keçəcək.

Düzdür, hələlik aydın deyil ki, komandalar bu yoxlamalarda iştirak etmək istəyəcəklərmi? Ona görə də istisna deyil ki, sistem ilk yoxlamasını məhz mövsümün ilk yarışında keçəcək. Əgər Bəhreyndə məlum olsa ki, 600 metrlik zona sürücülərə asanlıqla ötmə etməyə imkan verirsə, onda bu zonanın uzunluğa azaldılacaq.

Bəhreyn, Avstraliya və Malayziyada ötmə zonası birinci döngədən əvvəl, Çində isə ən uzun düz yolun sonunda olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*