F.Vassyör: Sürücülərə eyni münasibət göstəriləcək

F-1.az xəbər verir ki, Ferrari-nin yeni rəhbəri Frederik Vassyör komandanın sürücüsü Şarl Leklerlə yaxşı münasibətdə olmasının komandaya əlavə üstünlük verəcəyinihesab edir.

Frederik Vassyör: “Şarl kartinqlə məşğul olandan bəri onu izləyirəm. F3-də ART üçün yarışdıqdan sonra Sauber ilə F1-də debütünü etdi, ona görə də biz həmişə yaxın olmuşuq. Məncə, bu, hər ikimiz üçün üstünlükdür, çünki bir-birimizi tanıyırıq. Amma bizim komandada xüsusi münasibət bəsləyəcəyimiz pilotumuz yoxdur və olmayacaq da.

Qarşımızda çox aydın bir hədəf var – qalib gəlmək. Biz bu və ya digər sürücü ilə yox, Ferrari ilə titul qazanmalıyıq. Düzgün işi görmək üçün hər iki sürücüyə hər şeyi verməlisən, amma nə vaxtsa onlardan birinə qalib gəlməyə kömək etməli olsam, bunu tərəddüdsüz edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*