18 Avqust 2019, Bazar - 08:54

B.Monqer yarışlara qayıdır?

B.Monqer yarışlara qayıdır?

Müəllif: Rauf Hacıyev, redaktor

16:07 - 19 Fevral, 2018

Keçən il qəza edərək ayaqlarını itirən Billi Monger Carlin komandasında etdiyi testlərdən sonra bu il Britaniya Formula3 Çempionatında mübarizə apara bilər.

F-1.az xatırladır ki, Monqer keçən ilin aprel ayında F4 seriyasında Doninqton Parkda qəza edərək iki ayağını da itirmişdi.

Gənc sürücü bu qəzadan sonra ilk dəfə keçən həftə təkoturacaqlı maşının sükanı arxasına keçib və ilk test gününü uğurla bitirib.

Billi Monqer: “Formula3-də yarışa bilərəm. Bir neçə sponsor tapmalıyıq. Buraya qədər gəlmək çətin olsa da, şans verdikləri üçün komandaya təşəkkür edirəm. Hər şey qaydasındadır və əylənirəm. Bu, yeni boliddir və idarəetməsi fərqlidir. Lakin bunu sürə bilirəm. Öz ayağımla əyləcə basa bilirəm və qalan şeyləri sükandan həll edirəm. Bir dənə sükanın sol tərəfindəki qaz düyməsinin yeri dəyişib. Əslində ötürmələri sağ tərəfdən artırıb, sol tərəfdən azaldırsınız, amma mənim sükanımda ikisi də eyni tərəfdədir. Artıq daha çox test edirəm, çünki qəza etməmək üçün bunlara öyrəşməliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 309
Teqlər ,
Paylaş

logo