24 Avqust 2019, Şənbə - 11:43

Monako Qran Prisi: İkinci sərbəst yürüşlər

Monako Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:31 - 23 May, 2015

Yağış. Buludlu. Havanın temperaturu +14°-15° C, trasın temperaturu +20°-23° C Nahardan sonra trasın vəziyyəti yaxşılaşıb və komandalar dərhal işə başlayıblar, […]

Yağış. Buludlu. Havanın temperaturu +14°-15° C, trasın temperaturu +20°-23° C

Nahardan sonra trasın vəziyyəti yaxşılaşıb və komandalar dərhal işə başlayıblar, amma sürücülərin hamısı Soft təkərlərin gec qızmasından gileyləniblər. Hərçənd, sliklərlə iş uzun sürməyib.

Birinci sessiyada qəza baş verməsə də, ikinci sessiyanın 13-cü dəqiqəsində qırmızı bayraqlar dalğalanıb – şikananın qarşısında əylənmə zonasında Roberto Mehri baryerlərə toxunub. Sürücüyə heç nə olmayıb, marşallar Manor maşınını təxliyyə ediblər, sessiyaya restart verilib, amma yağış yağmağa başlayıb.

Qırmızı bayraqlara qədər Markus Eriksondan başqa hamı trasda görünmüşdü – isveçli sürücünün maşınında güc qurğusu ilə problemlər üzə çıxıb. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:17.192.

Tribunalarda çətirlər açılıb və Lotus hamını təəccübləndirib – Maldonado trasa sliklərlə çıxıb: venesuelalı sürücü qəzadan güclə qurtulub və çox yavaş sürətlə boksa qayıdıb.

Komandalar vəziyyətin yaxşılaşmasını gözləyiblər, şənbə və bazar günləri yağış gözlənilmir, ona görə də bu şəraitdə işləməyin mənası olmayıb, Monakoda qəzanın ehtimalı isə olduqca böyükdür.

Sessiyanın sonuna yaxın yağış dayanıb, son 10 dəqiqədə sürücülər trasa yağış və keçid təkərlərlə çıxıblar, amma protokollarda heç kimin mövqeyi dəyişməyib. F-1.az xatırladır ki, növbəti dəfə komandalar trasa şənbə günü çıxacaqlar…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMercedes AMGMercedes1:17.19212
02N.RosberqMercedes AMGMercedes1:17.932+ 0.74015
03S.FettelFerrariFerrari1:18.295+ 1.10314
04K.RəykkönenFerrariFerrari1:18.543+ 1.35115
05D.KvyatRed BullRenault1:18.548+ 1.35616
06K.SaynsToro RossoRenault1:18.659+ 1.46714
07M.FerstappenToro RossoRenault1:18.782+ 1.59012
08F.AlonsoMcLarenHonda1:18.906+ 1.71418
09N.HülkenberqForce İndiaMercedes1:19.151+ 1.95913
10R.QrojanLotusMercedes1:19.266+ 2.07413
11S.PeresForce İndiaMercedes1:19.300+ 2.10813
12F.MassaWilliamsMercedes1:19.560+ 2.36815
13V.BottasWilliamsMercedes1:19.566+ 2.37414
14P.MaldonadoLotusMercedes1:19.577+ 2.38513
15C.BattonMcLarenHonda1:19.606+ 2.41414
16D.RikkardoRed BullRenault1:19.639+ 2.44713
17F.NasrSauberFerrari1:20.263+ 3.07110
18R.MerhiManorFerrari1:22.017+ 4.8259
19U.StivensManorFerrari1:22.943+ 5.75113
20M.EriksonSauberFerrari

Monako Qran Prisi: İkinci sərbəst yürüşlər

Monako Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:47 - 25 May, 2013

Quru. Günəşli. Havanın temperaturu +23°-24° C, trasın temperaturu +39°-43° C Nahardan sonra tarsın vəziyyəti yaxşılaşıb, buludsuz səma altında asfalt örtüyü […]

Quru. Günəşli. Havanın temperaturu +23°-24° C, trasın temperaturu +39°-43° C

Nahardan sonra tarsın vəziyyəti yaxşılaşıb, buludsuz səma altında asfalt örtüyü +43 dərəcəyədək qızıb – bəzi komandalar SuperSoft tərkibinin bu istiliyə dözməsinə çübhələniblər, ona görə də təkərləri, əyləcləri qızmadan qorumağa çalışıblar: düz uzun yolların olmaması üzündən bunlar soyuya bilmirlər.

Mövsümün ilk beş yarışında təkərlərin yeyilməsi həlledici faktor olub, ona görə də Monakoda komandalar təkər tərkiblərinin effektliyini qiymətləndirmək üzərində çalışıblar. Nəzərə almaq lazımdır ki, ən yumşaq təkər cütlüyü bu il hələ istifadə olunmayıb.

Sebastyan Fettel KERS problemləri üzündən sessiyanın ilk yarısını boksda keçirməli olub. Roman Qrojan isə sessiyanın ikinci yarısını boksda keçirib – fransalı sürücü St.Devote döngəsində qəzaya uğrayıb. Onun qəzasından 6 dəqiqə sonra sessiya bir daha qırmızı bayraqlarla dayandırılıb – 13-cü döngədə porebrikin bərkidilməsi pozulub, qısa təmirdən sonra sessiya davam olunub.

Protokollara səhər olduğu kimi Rosberq başçılıq edib – 1:14.759, ən böyük məsafəni isə bu dəfə onun komanda yoldaşı Həmilton qət edib – 50 dövrə. Sabah sürücülər istirahət edəcəklər, şənbə günü isə trasa qayıdacaqlar.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01N.RosberqMercedes AMGMercedes1:14.75946
02L.HəmiltonMercedes AMGMercedes1:15.077+ 0.31851
03F.AlonsoFerrariFerrari1:15.196+ 0.43738
04F.MassaFerrariFerrari1:15.278+ 0.51939
05M.UebberRed BullRenault1:15.404+ 0.64542
06K.RəykkönenLotusRenault1:15.511+ 0.75239
07R.QrojanLotusRenault1:15.718+ 0.95910
08C.BattonMcLarenMercedes1:15.959+ 1.20040
09S.FettelRed BullRenault1:16.014+ 1.25533
10P.di RestaForce İndiaMercedes1:16.046+ 1.28743
11A.SutilForce İndiaMercedes1:16.349+ 1.59044
12S.PeresMcLarenMercedes1:16.434+ 1.67541
13N.HülkenberqSauberFerrari1:16.823+ 2.06443
14P.MaldonadoWilliamsRenault1:16.857+ 2.09841
15E.QutyerresSauberFerrari1:16.935+ 2.17645
16D.RikkardoToro RossoFerrari1:17.145+ 2.38638
17J.E.VernToro RossoFerrari1:17.184+ 2.42543
18V.BottasWilliamsRenault1:17.264+ 2.50547
19J.ByankiMarussiaCosworth1:17.892+ 3.13341
20Ş.PikCaterhamRenault1:18.212+ 3.45344
21M.ÇiltonMarussiaCosworth1:18.784+ 4.02541
22Q.van der QardeCaterhamRenault1:19.031+ 4.27231

Monako Qran Prisi: İkinci sərbəst yürüşlər

Monako Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:33 - 26 May, 2012

Buludlu. Sessiyanın ortasından kiçik yağış. Havanın temperaturu +23°-22° C, trasın temperaturu +30°-26° C Nahardan sonra hava korlanıb, səmanın üzünü qara […]

Buludlu. Sessiyanın ortasından kiçik yağış. Havanın temperaturu +23°-22° C, trasın temperaturu +30°-26° C

Nahardan sonra hava korlanıb, səmanın üzünü qara buludlar tutub və sürücülər trasa tələsiblər.

Sürücülər Soft təkərlərlə bir neçə seriya ediblər, bəziləri hətta SuperSoft-u da yoxlaya biliblər – o cümlədən, protokollara başçılıq etmiş Censon Batton. Amma onun dövrəsindən sonra trasa yağış damcılamağa başlayıb və sürücülər vəziyyətin yaxşılaşmasını gözləməli olublar.

Yağış güclü olmasa da, sessiyanın sonuna qədər kiçik fasilələrlə yağıb. Sürücülər trasa keçid təkərlərlə çıxmalı olublar.

Tras çox sürüşkən olub, maşınların çoxu təhlükəsizlik zonalarına çıxıb. Heykki Kovalaynen bu dəfə də sessiyanı vaxtından əvvəl başa vurub.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01C.BattonMcLarenMercedes1:15.74615
02R.QrojanLotusRenault1:16.138+ 0.39218
03F.MassaFerrariFerrari1:16.602+ 0.85620
04F.AlonsoFerrariFerrari1:16.661+ 0.91522
05P.MaldonadoWilliamsRenault1:16.820+ 1.07419
06N.RosberqMercedes AMGMercedes1:17.021+ 1.27514
07M.UebberRed BullRenault1:17.148+ 1.40222
08K.KobayaşiSauberFerrari1:17.153+ 1.40721
09M.ŞumaherMercedes AMGMercedes1:17.293+ 1.54711
10S.FettelRed BullRenault1:17.303+ 1.55720
11L.HəmiltonMcLarenMercedes1:17.375+ 1.62918
12P.di RestaForce İndiaMercedes1:17.395+ 1.64921
13B.SennaWilliamsRenault1:17.655+ 1.90918
14N.HülkenberqForce İndiaMercedes1:17.800+ 2.05424
15S.PeresSauberFerrari1:18.251+ 2.50524
16V.PetrovCaterhamRenault1:18.440+ 2.69424
17J.E.VernToro RossoFerrari1:18.522+ 2.77622
18D.RikkardoToro RossoFerrari1:18.808+ 3.06226
19K.RəykkönenLotusRenault1:19.267+ 3.52125
20T.QlokMarussiaCosworth1:19.309+ 3.56329
21H.KovalaynenCaterhamRenault1:20.029+ 4.28313
22Ş.PikMarussiaCosworth1:20.240+ 4.49421
23P.de la RosaHRTCosworth1:20.631+ 4.88512
24N.KartikeyanHRTCosworth1:20.886+ 5.14010

Monako Qran Prisi: İkinci sərbəst yürüşlər

Monako Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:38 - 27 May, 2011

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +44° C Nahardan sonra sürücülər mövsümdə ilk dəfə olaraq Pirelli-nin qırmızı SuperSoft […]

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +44° C

Nahardan sonra sürücülər mövsümdə ilk dəfə olaraq Pirelli-nin qırmızı SuperSoft təkərlərini yoxlayıblar. İki sessiya arasında dəstək yarışlarının məşqləri keçib, asfaltın vəziyyəti yaxşılaşıb və komandalar hər iki təkər tərkibinin effektliyini yoxlaya biliblər.

Yenə də insidentsiz ötüşməyib – Pastor Maldonado, Xayme Algersuari, Heykki Kovalaynen və Timo Qlok birinci döngədə trasdan çıxıblar. Pol di Resta tunelin çıxışında maşını saxlayıb, elə burda Vitaliy Petrov da əylənmə ilə gecikib. Vitantonio Liutsi isə trasa, ümumiyyətlə, çıxmayıb.

Gözlənildiyi kimi, SuperSoft tərkibi çox sürətli olub, protokollara isə bu dəfə Fernando Alonso başçılıq edib.

Sabah ənənəvi olaraq Formula1 Monakoda fasilə elan edir, sürücülər trasa şənbə günü səhər qayıdacaqlar…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01F.AlonsoFerrariFerrari1:15.12342
02L.HəmiltonMcLarenMercedes1:15.228+ 0.10533
03N.RosberqMercedes GPMercedes1:15.321+ 0.19844
04C.BattonMcLarenMercedes1:15.448+ 0.32538
05S.FettelRed BullRenault1:15.667+ 0.54446
06F.MassaFerrariFerrari1:15.781+ 0.65845
07M.ŞumaherMercedes GPMercedes1:16.356+ 1.23333
08M.UebberRed BullRenault1:16.642+ 1.51942
09A.SutilForce İndiaMercedes1:17.707+ 2.58446
10N.HaydfeldLotus Renault GPRenault1:17.126+ 2.00338
11V.PetrovLotus Renault GPRenault1:17.337+ 2.21435
12S.PeresSauberFerrari1:17.541+ 2.41847
13R.BarrikelloWilliamsCosworth1:17.570+ 2.44739
14S.BuemiToro RossoFerrari1:17.581+ 2.45832
15P.MaldonadoWilliamsCosworth1:17.633+ 2.51049
16K.KobayaşiSauberFerrari1:17.706+ 2.58337
17X.AlgersuariToro RossoFerrari1:17.789+ 2.66643
18H.KovalaynenTeam LotusRenault1:18.266+ 3.14350
19Y.TrulliTeam LotusRenault1:18.490+ 3.36739
20P.di RestaForce İndiaMercedes1:19.053+ 3.93015
21J.D’AmbrozioMarussia VirginCosworth1:19.185+ 4.06240
22T.QlokMarussia VirginCosworth1:19.338+ 4.21535
23N.KartikeyanHispaniaCosworth1:22.066+ 6.94333
24V.LiutsiHispaniaCosworth

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 530
Teqlər , , , , , ,
Paylaş

logo