M.Şumaher: “Heç kim dərhal qələbə qazana bilməz”

Mixael Şumaher hesab edir ki, sürətli maşının sükanı arxasında daha yaxşı nəticələr göstərə bilərdi, hərçənd, əmindir ki, ilk yarışda qələbə […]

Mixael Şumaher hesab edir ki, sürətli maşının sükanı arxasında daha yaxşı nəticələr göstərə bilərdi, hərçənd, əmindir ki, ilk yarışda qələbə qazana bilməzdi.

Mercedes AMG komandasında keçirdiyi üç il yeddiqat dünya çempionu üçün uğurlu alınmadı və Mixael Formula1 karyerasını başa vurmaq qərarını qəbul etdi. Amma onun azarkeşlərini bir sual narahat edir: Şumaher Red Bull və ya McLaren maşınlarının sükanı arxasında uğur qazana bilərdimi? Auto Motor und Sport-un müxbiri sualı Qırmızı Barona ünvanlayıb…

Mixael Şumaher: “Razıyam ki, əgər trasda məni keçən rəqiblərimdə olan maşın məndə olsaydı, mən də onlardan geri qalmazdım. Amma əminəm ki, nəinki ilk yarışda, heç ilk yarışlarda belə qələbə qazana bilməzdim. Hər bir sürücüyə maşına adaptasiya olunmağa vaxt lazımdır. Heç kim dərhal qələbə qazana bilməz.

Ən çətin məsələ komandanın bütün imkanlarından istifadə etməyi tez öyrənməkdir, uğurun bütün tərkib hissələrini bir araya yığmaq dərhal alınmır. Yeni komandaya gələrkən öyrəşmək üçün mənə gözlədiyimdən çox vaxt tələb olundu…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*