S.Fettel Şumaxeri düşünəndə məyus olur

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mixael Şumaxerin vəziyyətini düşünmək onu yaralayır.

 

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu 2013-cü ildə Alp dağlarında xizək sürərkən yıxılmış və ciddi xəsarət almışdı. O dövrdən sonra Əfsanəvi Mixaeli görən olmayıb və dedi-qodulara görə hazırda bərpa müddəti keçir.

Sentyabrın 15-də Neftlix-də Mixael Şumaxerin sənədli filmi yayımlanacaq.

Sebastyan Fettel: “Mixael hamımız üçün ilham mənbəyi idi. Onu yalnız bolid sürərkən görməmişəm, onu yaxından tanıyıb və dost olmuşdum. Buna görə də o, mənim üçün xüsusidir.

Onun hazırkı vəziyyətini düşünmək və uzun illərdir belə olması mənə pis təsir edir. Buna görə də onun sənədli filmini səbirsizliklə gözləyirəm, çünki orada mənim də bilmədiyim şeylər göstəriləcək.

Ona yaxın olan çox insan var idi və hər biri onun barəsində danışıb. Ümid edirəm ki, yaxşı iş görüblər. Onun hekayəsi çox mükəmməl idi. Karyerası gözəl olmuşdu və o, gözəl insan idi. Filmi səbirsizliklə gözləyirəm. İndiyə kimi bir hissəsini belə görməmişəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*