Sebastyan Fettel: “Kimi çempion olsa, buna görə çox sevinərəm. O, inanılmaz mövsüm keçirir. Köhnə bir deyim var: rekordlar onları geridə qoymaq üçün mövcuddur. Onun bunu etməsi üçün qarşıda hələ çox illər var.
Mən bu idmanı sevirəm, tamaşaçı kimi bundan böyük zövq alıram. İstərdim ki, digər komandalar da güclənsin, mübarizə daha da gərgin olsun. Amma Kimi adına sevinirəm, çünki bu məqsədə çatmaq üçün nə qədər zəhmət çəkildiyini bilirəm. Titulu kim qazansa, buna layiqdir”





