17 Noyabr 2019, Bazar - 00:57

M.Şumaxer: “Məqsədim Formula1-də çempion olmaqdır”

M.Şumaxer: “Məqsədim Formula1-də çempion olmaqdır”

Müəllif: Elçin Zodorov, redaktor

18:37 - 24 Dekabr, 2016

Mik Şumaxer demək olar ki, müsahibə vermir. Sabine Kem onu atasının vəziyyəti ilə bağlı sualların təzyiqindən bir növ qorumağa çalışır.

F-1.az bildirir ki, yeddiqat dünya çempionunun oğlu gələn il European Formula3 seriyasında çıxış edəcəyini açıqlayıb. Gənc sürücü öz gələcək planları barədə Bild-ə danışıb.

Mik Şumaxer: “Karyera düzgün qurulmalıdır. European Formula3 demək olar ki, bütün güclü sürücülərin keçdiyi yoldur, buna görə də orada yarışmağı düzgün addım hesab edirəm. Buradan sonrakı mərhələ Formula1-dir və əminəm ki, orada mübarizə aparmaq daha çətindir.

Mənim arzum və məqsədim Formula1-də çempion olmaqdır. Düşünürəm ki, hər bir sürücü bunu arzulayır. Biz Formula1-də nə vaxt yarışmağa ümid edirik? Nə vaxt ki, mən özümü bu addım üçün tam hazır hiss etsəm, onda Formula1-ə keçəcəyəm. Bu hiss mütləq olmalıdır və mən öz soyadımızı ləyaqətlə təmsil etməliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 379
Teqlər , , ,
Paylaş

logo