R.Braun: “Şumaxer əsl komanda oyunçusu idi”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Şumaxer əsl komanda oyunçusu olub.

F-1.az xatırladır ki, Ross Braun 1991-2012-ci illərdə Benetton, Ferrari və Mercedes komandalarında Mixael Şumaxerin komanda rəhbəri olmuş və almaniyalı sürücü 7 dəfə Dünya Çempionu titulunu qazanmışdı.

Ross Braun: “Mixaelin idman avtomobilindəki performansına bələd idik və Jordan komandasında debüt edərkən onu Benettona gətirmək istədik. Spa-da yaxşı performans göstərdi və Montsada artıq bizim komandamızda idi. Mixael çempionluqlar qazanan komamdaya qatılmadı. Əksinə getdiyi komandaları çempion etdi. 1994-cü ildə çempionluq qazana biləcək bolidi var idi və Mixael də buna hazır idi. Həmin mövsüm qəza ilə bitdi və bu, məyusedicidir. Lakin layiq idik. İstehsalçı komanda olmasaq da, böyük komandalarla mübarizə aparıb qalib gəldik. İnsanlar güclü olmağımızın səbəbini anlamırdılar. Mixael həmin mövsüm çox şey öyrəndi. Onun sürücü kimi, mənim isə texniki direktor kimi ilk çempionluğumuz idi. Emosional qələbə idi. Mixael əsl komanda oyunçusu idi. Bütün mexanikləri və onların ailələrini tanıyırdı. Bilirdi ki, komanda ilə yaxşı işləsə, çempion ola bilər. Üç il komandanın qurulması üçün bizə kömək etdi və 1994-cü ildə Dünya Çempionu oldu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*