Toro Rosso S.Bueminin qəzasının səbəbini tapıb

Bu gün Şanxayda səhər sərbəst yürüşlərində Sebastyen Buemi ciddi və görünməmiş qəzaya uğrayıb, qəzaya səbəb isə maşının ön sağ asılqanının […]

Bu gün Şanxayda səhər sərbəst yürüşlərində Sebastyen Buemi ciddi və görünməmiş qəzaya uğrayıb, qəzaya səbəb isə maşının ön sağ asılqanının bərkidicisinin sınması olub.

Toro Rosso insidenti araşdırıb və müəyyən edib ki, maşın əylənmə zonasında hər iki qabaq təkərlərini bir neçə faktorun cəm olmasıü zündən itirib – əvvəlcə sağ asılqanın bərkidicisi sınıb, sonra sol asılqan dözməyib, təkərlərin tros bərkidiciləri də işləməyiblər, çünki troslar məhz bu bərkidicilərə birləşdirilir.

Səhər komanda asılqanın yeni versiyasını yoxlayırmış, amma qəzadan sonra qərara alınıb ki, əvvəlki versiyaya qayıdacaqlar – ikinci sərbəst yürüşlərə qədər komanda dəyişiklik etməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*