Ş.Lekler: Dəyişiklik lazımdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, komanda taktika cəhətdən düzgün qərarlar almağı öyrənməlidir.

F-1.az xatırladır ki, son günlərdə Binottonun komanda rəhbərliyindən gedəcəyi və yerinə Frederik Vassyörün gələcəyi deyilir.

Şarl Lekler: “Qərar alma mexanizmini dəyişməliyik. Yarışda yaxşı nəticə üçün buna ehtiyac var. Bunun üçün insanların dəyişməsinə ehtiyac yoxdur. Mühəndislər arasındakı əlaqə təkmilləşməli və proses daha dəqiq olmalıdır.

Bu xəbərlər isə sadəcə şayiədir. Formula1-də həmişə dedi-qodular olub. Vaxt keçdikcə bu barədə düşünməməyi öyrəndim. Əsas trasda görəcəyim işə fokuslanıram. Dedi-qodulara fikir bildirmirəm. Xüsusən də, indi.

Formula1 komandasında həmişə dəyişikliklər olmalıdır. Məsələn, qərarların alınma mexanizmində… Bu işlərdə təkmilləşməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*