M.Ferstappen keçmişi unutmaq istəyir

Mühərrik probleminə görə keçənilki Rusiya yarışından xalsız ayrılan Maks Ferstappen bu il Rusiyada yaxşı nəticə alaraq, keçmişi unutmaq istəyir.

F-1.az xatırladır ki, 2016-cı ildəki Rusiya yarışı Ferstappenin Toro Rosso komandasında son yarışı olmuşdu. Məhz bu yarışdan sonra hollandiyalı sürücü Red Bull komandasında Daniil Kvyatı əvəz etmişdi.

Maks Ferstappen: “Soçi qəribə trasdır. Burada çox uzun düzlüklər var, amma keçmişdə Toro Rosso və Red Bull komandaları burada gözəl işlər görüblər. Soçi xüsusi və çox yeni trasdır. Olimpiya parkının ortasında olduğu üçün gözəl atmosferi var. Buradakı döngələr çox kəskindir. Yeni mövsümdə bu cür döngələrə öyrəşməmişik. Buna görə də təkərləri qorumaq çox vacibdir. Uzun düzlüklərdən sonra böyük əylənmə zonaları var və burada bolidə çox yük düşür. Ümid edirəm ki, problemsiz həftəsonu keçirib gözəl xallar alarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*