18 Sentyabr 2019, Çərşənbə - 07:12

FİA geri çəkilmək fikrində deyil

FİA geri çəkilmək fikrində deyil

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:52 - 21 May, 2011

FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq Barselonada bildirib ki, federasiya diffuzorların işinə təsir edən qazburaxma sisteminin effektliyinin məhdudlaşdırılması fikrindən əl çəkən […]

FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq Barselonada bildirib ki, federasiya diffuzorların işinə təsir edən qazburaxma sisteminin effektliyinin məhdudlaşdırılması fikrindən əl çəkən deyil.

Bundan başqa, onun fikrincə, ən azı doqquz komanda reqlamenti pozan texnologiyalardan istifadə edir. Uaytinq qeyd edib ki, yaranmış vəziyyətin müzakirəsi iyunun 16-da Texniki işçi qrupun iclasında müzakirə olunacaq – iclasda vəziyyətin tədricən düzəldilməsi planı qəbul olunacaq.

FİA-nın bu məsələdə qəti və sərt mövqeyinə baxmayaraq, ekspertlər istisna etmirlər ki, federasiya müəyyən kompromislərə getməli olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 321
Teqlər
Paylaş

logo