J.Alezi: “Üstünlük Fettelə veriləcək”

Sabiq Formula1 sürücüsü Jan Alezi bildirib ki, Ferrari 2019-cu ildə üstünlüyü Sebastyan Fettelə verəcək. Lekler isə həmişə ikinci sürücü olacaq.

F-1.az xatırladır ki, “qırmızılar”ın rəhbəri Mattia Binotto qış testlərindən əvvəl üstünlüyü Fettelə verəcəklərini desə də, testlərdən sonra hər iki sürücüyə yarışmağa icazə verəcəklərini söyləmişdi.

Jan Alezi: “Fettelin birinci, Leklerin isə köməkçi sürücü olacağına şübhə etmirəm. Amma ikisi arasında həyəcanverici bir mübarizə olacaq. Lakin plana əsasən Fettel birinci sürücü olmalıdır. Ancaq heç nə bilmək olmaz, çünki 21 yarış var. Buna görə də Melburnu gözləyək.

Yeni Red Bull maşını Honda motoru ilə güclü olacaq. Bundan başqa Renault komandası da Rikkiardoyla yaxşı işlər görüb. Alfa Romeo da Kimi və Antonio ilə əla performans göstərdi. Lakin Ferrari hazırda Mercedes-dən güclü görünür. Mercedes Barselonada iki fərqli bolid istifadə etdi. Bu, yaxşı hal deyil. Çünki işlər plana uyğun getməyib. Ferrari isə güclü maşın düzəldib və daha da yaxşılaşdıra bilərlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*