J.Alezi: Ferrari-ni tənqid etmək yersizdir

Ferrari-nin sabiq sürücüsü Jan Alezi bildirib ki, Ferrari-yə qarşı tənqidləri dozasında saxlamaq lazımdır.

F-1.az xatırladır ki, Ferrari mövsümün ilk 3 yarışında iki qələbə qazansa da, daha sonra sözün əsl mənasında “təkərləri boşalıb”. Hazırda Lekler çempionatın ledire Ferstappendən 80 xal uduzur. Mühəndislər kubokunda isə Red Bull “qırmızılar”ı 108 xal qabaqlayır.

Jan Alezi: Yarışlar geridə qaldıqca emosioalar və reaksiyalar artır. Hamı qələbəni arzuladığı üçün məğlubiyyət drama çevirilir və bu da mənə futbolu xatırladır.

Macarıstanda baş verənləri düşünəndə məyus oluram. Təkcə strategiyada səhv etmədilər. Buna görə də Ferrari-ni məölub etmək azarkeşlər üçün yaxşı olmaz. Belə edəndə komanda heç nə qazanmır. Düzdür, yarışı təhlil etmək olar, amma tənqidlərə ehtiyac yoxdur. Ondansa komandanı dəstəkləmək lazımdır. mən Ferrari-ni dəstəkləyirəm, çünki hər pis nəticədən sonra ən çox məyus olan elə oranın işçiləridir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*