İspaniya Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +21° C, trasın temperaturu +34° C Mövsümün ilk Avropa yarışı ərəfəsində komandalar maşınları ciddi yeniləyiblər və […]

Quru. Günəşli. Havanın temperaturu +21° C, trasın temperaturu +34° C

Mövsümün ilk Avropa yarışı ərəfəsində komandalar maşınları ciddi yeniləyiblər və Barselonada sıralanma turu qüvvələr nisbətində dəyişiklikləri qiymətləndirməyə imkan verməli idi. Dünən səhər yağış üzündən bəzi yeniliklərin effektliyini qiymətləndirmək alınmayıb, amma hava hamı üçün eyni olub, Barselona trası isə aerodinamikanın effektliyinə tələbkarlıq baxımından etalon sayılır. Ona görə də sessiya çox maraqlı keçib.

Pirelli də tərkiblərinə düzəlişlər edib – Barselonaya yenilənmiş Hard tərkibi gətirilib, keçənilki eyniadlı tərkibə yaxın olan yeni təkərlər daha geniş işçi temperatur diapazonuna malikdirlər. Hərçənd, sıralanma turunda komandalar üstünlüyü daha sürətli Medium tərkibinə veriblər, Hard tərkibini isə yarışa qənaət ediblər.

Sıralanma turunun ilk sessiyasında yalnız Ferrari və Lotus sürücüləri Medium tərkibindən istifadə etməyiblər, Lyuis Həmilton da Hard-la protokollara başçılıq edib – 1:21.728. Mübarizəni isə Williams, Caterham və Marussia komandaları tam heyətlə dayandırıblar. Williams-ın sürücüsü Pastor Maldonado keçən il Barselonada pouldan start alaraq qələbə qazanmışdı, bir il sonra isə mübarizəni elə ilk sessiyada dayandırıb. Esteban Qutyerres sürətli dövrədə olan Kimi Rəykköneni bloka salıb – stüardlar bu insidenti axşam araşdıracaqlar.

İkinci sessiyada artıq bütün sürücülər Medium tərkiblərinə keçiblər. Yenə də ən sürətli Lyuis Həmilton olub – 1:21.001, son sessiyaya Rikkardo, Vern, Sutil, Batton, Hülkenberq və Qutyerres keçə bilməyiblər. Felipe Massa sürətli dövrədə olan Mark Uebberi bolka salıb – bu insident də stüardlar tərəfindən araşdırılacaq.

Son sessiyada Rosberq elə ilk cəhdində uik-endin ən yaxşı nəticəsinə imza atıb – 1:20.824. Sessiyanın sonunda bütün sürücülər trasa çıxıblar və Niko öz nəticəsini bir qədər də yaxşılaşdırıb- 1:20.718.

Rosberq karyerasında 3-cü, mövsümdə isə 2-ci poulunu qazanıb – son üç poulu məhz Mercedes AMG sürücüləri qazanıblar. Lyuis Həmilton komanda yoldaşına az uduzsa da, komandasına ilk cərgəni tam zəbt etməyə imkan verib. İkinci cərgədən Fettel və Rəykkönen, üçüncü cərgədən isə Alonso və Massa start alacaqlar.

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 N.Rosberq Mercedes AMG Mercedes 02 1:21.913 06 1:21.776 1:20.718
02 L.Həmilton Mercedes AMG Mercedes 01 1:21.728 01 1:21.001 1:20.972 + 0.254
03 S.Fettel Red Bull Renault 03 1:22.158 02 1:21.602 1:21.054 + 0.336
04 K.Rəykkönen Lotus Renault 04 1:22.210 04 1:21.676 1:21.177 + 0.459
05 F.Alonso Ferrari Ferrari 05 1:22.264 03 1:21.646 1:21.218 + 0.500
06 F.Massa Ferrari Ferrari 07 1:22.492 08 1:21.978 1:21.219 + 0.501
07 R.Qrojan Lotus Renault 08 1:22.613 09 1:21.998 1:21.308 + 0.590
08 M.Uebber Red Bull Renault 06 1:22.342 05 1:21.718 1:21.570 + 0.852
09 S.Peres McLaren Mercedes 14 1:23.116 07 1:21.790 1:22.069 + 1.351
10 P.di Resta Force İndia Mercedes 09 1:22.663 10 1:22.019 1:22.233 + 1.515
11 D.Rikkardo Toro Rosso Ferrari 11 1:22.905 11 1:22.127
12 J.E.Vern Toro Rosso Ferrari 10 1:22.775 12 1:22.166
13 A.Sutil Force İndia Mercedes 12 1:22.952 13 1:22.346
14 C.Batton McLaren Mercedes 15 1:23.166 14 1:22.355
15 N.Hülkenberq Sauber Ferrari 13 1:23.058 15 1:22.389
16 E.Qutyerres Sauber Ferrari 16 1:23.218 16 1:22.793
17 V.Bottas Williams Renault 17 1:23.260
18 P.Maldonado Williams Renault 18 1:23.318
19 Q.van der Qarde Caterham Renault 19 1:24.661
20 J.Byanki Marussia Cosworth 20 1:24.713
21 M.Çilton Marussia Cosworth 21 1:24.996
22 Ş.Pik Caterham Renault 22 1:25.070
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*

İspaniya Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +28° C, trasın temperaturu +42° C Mövsümün ilk Avropa yarışına komandalar çoxlu yeniliklər hazırlayıblar, Barselonada sıralanma […]

Quru. Günəşli. Havanın temperaturu +28° C, trasın temperaturu +42° C

Mövsümün ilk Avropa yarışına komandalar çoxlu yeniliklər hazırlayıblar, Barselonada sıralanma turu qüvvələr nisbətindəki dəyişikliyi qiymətləndirməyə imkan verdi. Hərçənd, sərbəst üyürşlərdə komandalar əsasən yarışa hazırlaşmışdılar, sıralanma turunda isə minimum sayda təkər dəstindən istifadə etməyə üstünlük verdilər ki, yarışa təzə təkər dəstləri saxlaya bilsinlər – Barselonada təkərlərin yeyilməsi çox güclüdür.

Sıralanma turundan əvvəl külək güclənib, Barselonada külək maşının balansına ciddi təsir edir. Ona görə də sürücülər bokslarını tərk etməyə tələsməyiblər, bir neçə dəqiqədən sonra vəziyyət yaxşılaşıb və hamı trasa tələsib.

Elə birinci sessiyada aydın olub ki, bu dəfə ssenari tam fərqli olacaq. Demək olar ki, hamı Hard tərkibini sabahkı yarışa saxlamağa üstünlük verib və elə birinci sessiyada Soft təkərlərinə keçiblər. Birinci hissəsinin sonunda Bruno Senna 12-ci döngədə trasdan çıxıb. Mübarizəni onunla birlikdə “yeni komandalar”ın sürücüləri dayandırıblar. Protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:22.583. narain kartikeyan 107%-lik səddi aşa bilmədiyi üçün sabah yarışın startına çıxmaya bilər.

İkinci sessiyada Həmilton elə birinci cəhdində daha yaxşı nəticə göstərərək kokpiti tərk edib, digər sürücülər isə qalan 9 yer uğrunda mübarizə aparıblar. mübarizə çox gərgin alınıb. Protokollara pastor Maldonado başçılıq edib – 1:22.105, mübarizəni isə Batton, Uebber, di Resta, Hülkenberq, Vern, Rikkardo və Massa dayandırıblar. Kobayaşinin maşınında problemlər yaarndığı üçün yaponiyalı sürücü maşını trasda saxlamalı olub.

Üçüncü sessiyada Həmilton və Fettel dərhal trasa çıxıblar, amma Sebastyan boksa qayıdıb, bir az sonra Şumaher də eyni addımı atıb. Son dəqiqədə yeddi sürücü mübarizəyə atılıb. Poulu böyük üstünlüklə Lyuis Həmilton qazanıb – karyerasında 22-ci, mövsümdə isə 3-cü poul. Pastor Maldonadonun ikinci nəticəsi hamını təəccübləndirib. İkinci cərgədən Alonso və Qrojan start alacaqlar, üçüncü cərgəni Rəykkönen və Peres tutacaqlar.

Yarışın startı və gedişi çox maraqlı olacaq…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 L.Həmilton McLaren Mercedes 01 1:22.583 02 1:22.465 1:21.707
02 P.Maldonado Williams Renault 05 1:23.380 01 1:22.105 1:22.285 + 0.578
03 F.Alonso Ferrari Ferrari 03 1:23.276 06 1:22.862 1:22.302 + 0.595
04 R.Qrojan Lotus Renault 02 1:23.248 03 1:22.667 1:22.424 + 0.717
05 K.Rəykkönen Lotus Renault 07 1:23.406 05 1:22.856 1:22.487 + 0.780
06 S.Peres Sauber Ferrari 16 1:24.261 04 1:22.773 1:22.533 + 0.826
07 N.Rosberq Mercedes AMG Mercedes 04 1:23.370 07 1:22.882 1:23.005 + 1.298
08 S.Fettel Red Bull Renault 12 1:23.850 08 1:22.884
09 M.Şumaher Mercedes AMG Mercedes 11 1:23.757 10 1:22.904
10 K.Kobayaşi Sauber Ferrari 06 1:23.386 09 1:22.897
11 C.Batton McLaren Mercedes 08 1:23.510 11 1:22.944
12 M.Uebber Red Bull Renault 09 1:23.592 12 1:22.977
13 P.di Resta Force İndia Mercedes 13 1:23.852 13 1:23.125
14 N.Hülkenberq Force İndia Mercedes 10 1:23.720 14 1:23.177
15 J.E.Vern Toro Rosso Ferrari 17 1:24.362 15 1:23.265
16 D.Rikkardo Toro Rosso Ferrari 15 1:23.906 16 1:23.442
17 F.Massa Ferrari Ferrari 14 1:23.886 17 1:23.444
18 B.Senna Williams Renault 18 1:24.981
19 V.Petrov Caterham Renault 19 1:25.277
20 H.Kovalaynen Caterham Renault 20 1:25.507
21 Ş.Pik Marussia Cosworth 21 1:26.582
22 T.Qlok Marussia Cosworth 22 1:27.032
23 P.de la Rosa HRT Cosworth 23 1:27.555
24 N.Kartikeyan HRT Cosworth 24 1:31.122

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*

İspaniya Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +25° C, trasın temperaturu +43° C İspaniya Qran Prisi ərəfəsində komandalar maşınlarını ciddi yeniləyiblər, amma heç […]

Quru. Günəşli. Havanın temperaturu +25° C, trasın temperaturu +43° C

İspaniya Qran Prisi ərəfəsində komandalar maşınlarını ciddi yeniləyiblər, amma heç də bütün yeniliklər effektiv alınmayıb, Ferrari-nin yeni arxa antiqanadını isə bu gün səhər FİA qadağan edib, ona görə də Skuderiyanın mühəndisləri maşınlara Türkiyədə istifadə olunan versiyanı quraşdırmalı olublar.

Daha bir yenilik Pirelli-nin bərk təkərləri olub – istehsalçılar onun resursunu artırıblar, amma yeni təkərlər o qədər yavaş alınıb ki, sərbəst yürüşlərdə bir dövrədə yumşaq təkərlərə iki saniyə uduzub.

Lotus Renault GP komandasının mühəndis və mexanikləri isə daha bir çətin vəzifəni həll etməli olublar – səhər Nik Haydfeldin maşınında qazburaxma borusunda çat əmələ gəlib və maşının arxası tamamilə yanıb. Motor və arxa asılqanlar dəyişdirilib, komanda əlindən gələni etsə də, Nik trasa çıxa bilməyib.

Ondan başqa Rubnes Barrikellonun da maşınında sıralanma turunun ilk sessiyasında ötürmələr qutusunda problemlər yaşanıb. Bu iki sürücü ilə birlikdə Marussia Virgin və Hispania komandaları tam heyətlə mübarizəni dayandırblar. Yarno Trulli son yeddilikdə birinci olsa da, onun komanda yoldaşı Heykki Kovalaynen isə komandanın tarixində ilk dəfə quru havada ikinci sessiyaya çıxıb. Protokollara isə yumşaq təkərlərlə Mixael Şumaher başçılıq edib.

İkinci sessiyada isə Heykki yumşaq təkərlərlə Force İndia sürücülərini qabaqlayıb, düzdür, Sutil və di Resta bərk təkərləri işlədiblər və yumşaq təkərləri sabahkı yarışa saxlayıblar. Bu üçlükdən başqa Sauber və Toro Rosso sürücüləri də mübarizəni dayandırıblar. Protokollara isə Sebastyan Fettel başçılıq edib, Pastor Maldonado isə karyerasında ilk dəfə üçüncü sessiyaya keçib.

Üçüncü sessiyanın əvvəlində Red Bull və McLaren sürücüləri bir cəhd ediblər, digər sürücülər isə sessiyanın sonunda yeganə cəhdlərinə çıxıblar. İlk dördlük trasa qayıtmayaraq təkərlərə qəanət ediblər. Şumaher isə heç bir nəticə göstərmədən boksa qayıdıb. Poulu ikinci il ardıcıl olaraq və mövsümdə ilk dəfə Mark Uebber qazanıb – Fettelin maşınında KERS işləməyib. Son cəhdində Alonso McLaren sürücülərinin arasına girə bilib (Battonu 0.03 saniyə qabaqlasa da, Həmiltona 0.003 saniyə uduzub) və mövsümdə ilk dəfə dördüncü yerdən start alacaq.

Start çox maraqlı olmalıdır, amma istənilən halda optimal strategiya və təkər seçimi həlledici olacaq…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 M.Uebber Red Bull Renault 07 1:23.619 02 1:21.773 1:20.981
02 S.Fettel Red Bull Renault 11 1:24.142 01 1:21.540 1:21.181 + 0.200
03 L.Həmilton McLaren Mercedes 14 1:24.370 04 1:22.148 1:21.961 + 0.980
04 F.Alonso Ferrari Ferrari 04 1:23.485 07 1:22.813 1:21.964 + 0.983
05 C.Batton McLaren Mercedes 15 1:24.428 03 1:22.050 1:21.996 + 1.015
06 V.Petrov Lotus Renault GP Renault 02 1:23.069 09 1:22.948 1:22.471 + 1.490
07 N.Rosberq Mercedes GP Mercedes 06 1:23.507 05 1:22.569 1:22.599 + 1.618
08 F.Massa Ferrari Ferrari 05 1:23.506 10 1:23.026 1:22.888 + 1.907
09 P.Maldonado Williams Cosworth 03 1:23.406 08 1:22.854 1:22.952 + 1.971
10 M.Şumaher Mercedes GP Mercedes 01 1:22.960 06 1:22.671
11 S.Buemi Toro Rosso Ferrari 09 1:23.962 11 1:23.231
12 S.Peres Sauber Ferrari 12 1:24.209 12 1:23.367
13 X.Algersuari Toro Rosso Ferrari 10 1:24.049 13 1:23.694
14 K.Kobayaşi Sauber Ferrari 08 1:23.656 14 1:23.702
15 H.Kovalaynen Team Lotus Renault 17 1:25.874 15 1:25.403
16 P.di Resta Force İndia Mercedes 13 1:24.332 16 1:26.126
17 A.Sutil Force İndia Mercedes 16 1:24.648 17 1:26.571
18 Y.Trulli Team Lotus Renault 18 1:26.521
19 R.Barrikello Williams Cosworth 19 1:26.910
20 T.Qlok Marussia Virgin Cosworth 20 1:27.315
21 V.Liutsi Hispania Cosworth 21 1:27.809
22 N.Kartikeyan Hispania Cosworth 22 1:27.908
23 J.D’Ambrozio Marussia Virgin Cosworth 23 1:28.556
24 N.Haydfeld Lotus Renault GP Renault

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*