14 Dekabr 2019, Şənbə - 08:49

N.Haydfeld: “Mən ödəməmişəm…”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:53 - 26 Fevral, 2009

Mik Haydfeld təkid edir ki, 2009-ci il mövsümündə çempionatda iştirak etməsi üçün gərək olan superlisenziyanın alınması üçün pul ödəmiş üç […]

Mik Haydfeld təkid edir ki, 2009-ci il mövsümündə çempionatda iştirak etməsi üçün gərək olan superlisenziyanın alınması üçün pul ödəmiş üç sürücüdən biri deyil. Məlum olduğu kimi, superlisenziyanın yüksək qiyməti üzündən Formula1 sürücülərinin həmkarlar ittifaqı (GPDA) və FİA arasında qalxmış mübahisəyə baxmayaraq, adları gizlin saxlanılan üç sürücü guya zəruri məbləği ödəyiblər. BMW Sauber komandasının sürücüsü Nik Haydfeld Bəhreyndə dərc olunan Gulf Daily News qəzetinə müsahibəsində bir daha qeyd edib ki, GPDA-in mövqeyini dəstəkləyir və hələ heç bir məbləğ ödəməyib…

Nik Haydfeld: “Mən ödəməmişəm. Məncə, GPDA-in məktubunda bizim mövqeyimiz yaxşı izah olunub və mən tamamilə bu mövqe ilə razıyam.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 347
Teqlər
Paylaş

logo