Rosberq: Rassell 2023-cü ildə hər şeyi yenidən sübut etməlidir

Arxada qalan mövsümdə Lyuis Həmilton karyerasında üçüncü dəfə xal hesabında komanda yoldaşına uduzub.

F-1.az xəbər verir ki, 2016-cı ildə Lyuisi də məğlub edərək titul qazanan Niko Rosberq Sky Sports-a bildirib ki, Corc Rassell gələn il daha çətin günlər keçirəcək.

Niko Rosberq: “Gələn il maşın Mercedes sürücülərinə mövsümün əvvəlindən podiumlar uğrunda mübarizə aparmağa və qalib gəlməyə imkan verərsə, onda vəziyyət tam başqa cür olacaq.

İstənilən halda, gələn il vəziyyət builkindən daha yaxşı olacaq, bu il isə vəziyyət acınacaqlı idi – xüsusən də mövsümün əvvəlində Lyuis müxtəlif sazlanmalarla işləyərək bütün variantları yoxlamaq məcburiyyətində idi.

Gələn il Corc Lyuisi qabaqlaya biləcəyini bir daha sübut etməlidir, amma bu, çox çətin olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*