Ş.Lekler təəccüblüdür

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, poul qazanmağı gözləmirmiş.

F-1.az xatırladır ki, monakolu sürücü Albert Parkda mükəmməl dövrə vuraraq, karyerasındakı 11-ci poulu bayram edib.

Şarl Lekler: “Əla hissdir. Burada həmişə çətinlik çəkmişəm. Mənə uyğun tras deyildi. Çox işlədik. Üçüncü sərbəst yürüşlər mənim üçün pis keçdi. Yaxşı dövrələr vursam da, hər şeyi bir araya gətirə bilmirdim. Lakin sıralanma turunun son cəhdində hər şeyi bir araya gətirdim və özümü yaxşı hiss edirəm. Pouldan başlayacam və sevincliyəm.

Bolid yarış tempində yaxşı olsa da, Red Bull daha güclü görünür. Sıralanma turunda belə sürətli olduğumuz üçün təəccüblüyəm. Ümid edirəm ki, sabah yerimizi qoruyarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*