A.Kərroll Formula1-i arzulayır

Adam Kərroll bu gün İrlandiya komandası ilə birlikdə A1GP seriyasının qalibi olmaqla Formula1-ə doğru daha bir addım atıb. Çempionatın sonuncu […]

Adam Kərroll bu gün İrlandiya komandası ilə birlikdə A1GP seriyasının qalibi olmaqla Formula1-ə doğru daha bir addım atıb. Çempionatın sonuncu mərhələsində Brənds Hətçdə o hər iki yarışda, həm əsas yarışda, həm də sprintdə qalib gəlib.

İrlandiyalı sürücü artıq Formula1-in bir neçə komandası ilə danışıqlar aparır və ümid edir ki, gələn il Formula1-də debüt edə biləcək. Bir tərəfdən, bir çox sürücülərin mövsümün sonunda müqavilələrinin müddəti başa çatır, digər tərəfdən isə, gələn ilin çempionatında üç yeni komandanın debütü gözlənilir – belə komandalara isə həmişə gənc və perspektivli sürücülər lazımdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*