K.Horner: Mövsüm çox gec başlaya bilər

Formula1 rəhbərliyi və FİA bir neçə saat əvvəl McLaren komandasının işçisində koronavirus tapıldığına görə Avstraliya yarışını ləğv edib.

F-1.az bildirir ki, sadəcə 3 komanda yarışın keçirilməsini istəsə də, digərləri buna qarşı çıxıb. Red Bull da yarışın keçirilməsini istəyən komandalardan biri olub.

Gələn həftə azarkeşsiz keçirilməsi gözlənilən Bəhreyn yarışının da xəstəliyə görə təxirə salınması ehtimalı yüksəkdir.

Kristian Horner: “Bəhreyn yarışının ləğvi hələ təsdiqlənməsə də, ora getmək çox çətindir. Məncə, təxirə salınmasına görə müzakirələr olacaq. Görək təşkilatçılar nə deyəcək. Hazırda bu araşdırılır. Böyük ehtimalla Avropa yarışlarında da gecikmələr olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*