Abitebul: Fettel? Biz perspektivli sürücülərə üstünlük veririk

Renault komandasının başçısı Siril Abitebul keçən mövsüm üçün Daniel Rikkardo ilə müqavilə imzalamaqla çoxlarını təəccübləndirmişdi, indi isə fransalı mütəxəssis avstraliyalı sürücünün komandada qalacağına ümid edir.

F-1.az xatırladır ki, Danielin müqaviləsi bu ilin sonunda bitir və onun adı Ferrari komandası ilə tez-tez hallanır…

Siril Abitebul: “Rikkardonu saxlamaq istəyirik, amma hər iki tərəfə uyğun şərtlərlə. İndiyə qədər hazır bir qərarım yoxdur. Çox şey bu mövsümün necə keçməsindən asılıdır. Keçən illə müqayisədə daha çox uğur qazana biləcəyikmi, özümüzü daha inamlı hiss edə biləcəyikmi? Daniel daha yaxşı uyğunlaşa bilərmi? Əgər hər kimiz gələcəkdə hədəflərimizə çata biləcəyimizi hiss edəriksə, niyə də davam etməyək?

Rikkardonu başqa komandaların almaq istədiyini başa düşürük. Bütün amilləri öyrənmək üçün bir az vaxt lazımdır, amma hər şey çox tez baş verə bilər, buna görə fürsəti əldən verməmək vacibdir. Əlbəttə ki, biz artıq müqavilənin uzadılmasını müzakirə edirik, ancaq bu günə qədər təfərrüatsız, yalnız ümumi məqamları.

Fettel? O, bizimlə çıxış etmək istəsə, aydın məsələdir ki, “yox” demərəm. Sebastyan əla sürücüdür, dahi çempiondur. Ancaq mən perspektivli, karyerası irəlidə olan sürücülərlə işləməyə çalışıram. Amma gedib yazmayın ki, Abitebul Fetteli “dünənin qəhrəmanı” adlandırdı. Sadəcə bizim öz gənc sürücülər akademiyamız var, dinləyicilərimiz 2021-ci və ya 2022-ci ildə Formula1-ə hazır ola bilərlər. Ən yaşlı dinləyicimiz bu mövsümü Formula2-də keçirəcək Kristian Lundqarddır. Elə Daniel Rikkardo ilə də bir ilimiz var.

Keçən il Britaniya mətbuatı onun Renault-ya keçməsini yaxşı qarşılamamışdı, lakin Daniel bu layihədən məmnun qaldı. Biz hər sahədə – idman, texnika, insanlıq baxımından xüsusi bir şey qurmaq istədik. İndi hiss edirəm ki, o, seçiminə sadiq qalmağa hazırdır. Hətta bəzilərinə bu seçimin doğru olduğunu sübut etmək üçün…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*