Ə.Nyui: “Renault-nu bilərək pisləyirdik”

Red Bull komandasının baş konstruktoru Ədrian Nyui bildirib ki, keçmişdə Renault-nu bilərək pisləyiblər.

F-1.az xatırladır ki, Red Bull komandası Renault mühərrikləri 2010-2013-cü illərdə çempionluqlar qazanmış, amma 2014-cü ildə turbo era başlayandan sonra fransızlar etibarlı motorlar düzəldə bilməmişdi. Buna görə də 2015-ci ildə tərəflər arasındakı münasibət son həddə çatmış və Red Bull komandasının rəhbərləri açıq-aydın Renault-nun mühərriklərini pisləmişdilər.

Ədrian Nyui: “Bu, evlilik idi və boşanmaq uzun çəkdi. 2015-ci ildə onların motorlarını mətbuat üzərindən tənqid etməyə başladıq. Bunun peşəkar hərəkət olmadığını deyə bilərsiniz və düz düşünürsünüz. Amma bu hərəkətimizin səbəbi məlum idi. İstəyirdik ki, Renault daha çox işləsin. Amma işə yaramadı. Çünki Renault işləmədi. Bizdən ayrılmadılar da. Münasibətimiz daha da korlandı. V8 dövründə onlarla münasibətimiz gözəl idi. Ona görə turbo erasında yaşananlar qəddarca idi. Onların baza komandası olsa da, bizə qarşı ədalətli idilər. Amma daha sonra aramız dəydi. Tərəfdaşlığımızın son ilində artıq hər şey bitmişdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*