Red Bull ABŞ-da Acura yazıları ilə çıxış edəcək

Red Bull komandası ABŞ Qran Prisində Honda yazılarını Acura ilə əvəz edəcək.

F-1.az bildirir ki, Acura brendinin adı boliddə və sürücülərin kombinezonlarında olacaq. Honda şirkəti Amerikada marketinqlə bağlı addım atmaq istəyir.

Qeyd edək ki, Acura brendi Honda-nın Amerika və Kanada bazarındakı lyuks təmsilçisidir. Brend 1986-cı ildə qurulub və rəqibləri ilə ciddi rəqabət apara bilir.

Bu, Acura-nın Formula1-dəki ilk iştirakı deyil. Daha əvvəl Ayrton Senna və Alen Prostun dəbilqələrində Acura markasına yer verilmişdi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*