V.Petrov: “Şumaheri və Uebberi keçmək xoş idi”

Renault komandası Çin Qran Prisini inamla və stabil keçirib, hər iki maşın mövsümdə ilk dəfə olaraq, finiş görməklə, xal da […]

Renault komandası Çin Qran Prisini inamla və stabil keçirib, hər iki maşın mövsümdə ilk dəfə olaraq, finiş görməklə, xal da qazanıb – komanda Mühəndislər Kubokundakı mövqeyini möhkəmlədib. Vitaliy Petrov yarışı yaxşı keçirib və Formula1 karyerasında ilk xallarını qazanıb…

Vitaliy Petrov: “Mən şadam ki, Formula1-də birinci dəfə finiş gördüm və ilk xallarımı qazandım. bugünkü Qran Pri çətin alındı, düzgün qərar qəbul etmək asan deyildi. Yarışın əvvəlində yağış başlayarkən bəzi sürücülər pit-stopa gedərək keçid təkərlərini taxdılar, amma biz sliklərdə qalmağı qərara aldıq və bu düzgün qərar idi.

Sonra mən radio ilə komandayla danışıqlar aparırdım ki, keçid təkərlər üçün pit-stopun vaxtını optimal seçək və bu dəfə də ən uğurlu vaxtı seçdik. Maşına keçid təkərlərini taxarkən mən başa düşürdüm ki, təkərləri qorumaq çox vacibdir, amma biz bilmirdik ki, yağış davam edəcək, yoxsa yağış kəsəcək və tras quruyacaq.

Mən hücuma davam edirdim: mühəndislər mənə radio ilə xəbər verdilər ki, mənim sürətim yaxşıdır və son dövrələrdə mən bir neçə yaxşı ötmə etdim. Xüusən də Şumaheri və Uebberi qabaqlamaq xoş idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*