K.Sayns Monakoda yarışacaq

Monakoda ənənəvi yardım oyununda zədələnənə Karlos Saynsın vəziiyət barədə açıqlama gəlib.

F-1.az bildirir ki, Ferrari komandasının sürücüsü Monakoda yarışdan əvvəl keçirilən və gələn gəlirləri yardım fonduna keçirilən futbol oyununda zədələnib. Onun ayağının sarğıya alınması özü ilə bərabərr dedi-qodulara yol açıb. Bunlardan ən dəhşətlisi isə ispaniyalının Monakoda çıxış etməyəcəyi ilə bağlı olan idi.

Lakin bütün narahatlıqlara baxmayaraq, Saynsın zədəsi ciddi deyi və Monakoda yarışacaq. Bu barədə Karlos Sayns İnstagram hesabı üzərindən açıqlama verib: “Hamıya salamlar. Sadəcə yaxşı olduğumu və Monakoda yarışmağa hazır olduğumu demək istəyirəm. Dünən sadəcə ənənəvi yardım oyununda rəqibimlə toqquşdum. Zədədən söhbət gedə bilməz.

Həmişəki kimi futbol oynamaqdan həzz aldım. İndi isə yarışı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, yardım oyununda Şarl Lekler, Pyer Qasli, Andrea Kimi Antonelli kimi sürücülər meydana çıxıblar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*