N.Hauq: “Bizim KERS-i nümunəvi saymaq olar”

Mercedes Motorsport-un vitse prezidenti Norbert Hauqu bəzi komandaların hələ də KERS-dən istifadə edəcəklərini müəyyənləşdirməmələri çox təəccübləndirir. Yalnız McLaren komandası KERS-dən […]

Mercedes Motorsport-un vitse prezidenti Norbert Hauqu bəzi komandaların hələ də KERS-dən istifadə edəcəklərini müəyyənləşdirməmələri çox təəccübləndirir. Yalnız McLaren komandası KERS-dən hər iki maşında mövsümün bütün yarışlarında istifadə edib, Ferrari və Renault Şanxayda sistemdən imtina etmişdilər, BMW Sauber isə hələlik yalnız Nik Haydfeldin maşınına bu sistemi quraşdırıb, Robert Kubitsa isə yalnız Çin Qran Prisinin cümə sərbəst yürüşlərində sistemin işini yoxlayıb…

Norbert Hauq: “Mən heç kimi tənqid etmirəm, amma məhz KERS-in tərəfdaları olan komandalar ondan istifadə etmirlər, biz isə bütün yarışlarda hər iki maşına bu sistemi quraşıdrmışıq. Ondan istifadə bizim nəticələrə mənfi təsir etmir və mən təəccübe dirəm ki, digər komandalar niyə KERS-i gah maşına qoyurlar, gah da çıxarırlar…

Lap əvvəldən biz bu sistemin tərəfdarı deyildik, çünki məsrəfləri azaltmaq və qənaət etmək istəyirdik. Amma belə bir layihərealizasiyası ciddlik tələb edir. Biz sistem üzərində gərgin işləmişik, böyük əmək sərf etmişik və düşünürəm ki, biz əla sistem qurmuşuq. İstisna etmirəm ki, bizim sistemi nümunəvi hesab edəcəklər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*