L.Həmilton: “Layiq olmadığım qələbəyə sevinə bilmərəm”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, başqa sürücülər layiq olmadığı qələbə qazananda sevinirlər.

F-1.az xatırladır ki, britaniyalı sürücü Bakıda komanda yoldaşı Bottasın təkərinin partlaması nəticəsində qalib gələrək, mövsümdə ilk qələbəsini qazanıb.

Lyuis Həmilton: “Bu, lotoreya yarışıdır. Burada sizin əlinizə fürsətlər düşür. Bəxtim gətirdi. Podiumda Valtterinin yerində dayanmışdım. O, qələbəyə daha çox layiq idi. Bu cür hiss keçirmək doğrudan da çox fərqlidir. Elə oldu ki, bir yarışda geriyə düşdüm və podiuma mənim yerimə başqa sürücü çıxdı. Hazırda yarışan və ya karyerasını bitirən sürücülərdən bəziləri sevinmişdilər. Onlar necə qazandıqlarına baxmadan sevinə bilirlər. Mən isə məsələyə fərqli yanaşıram”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*