M.Şumaher qayıtmaq fikrini dəyişib

Mixael Şumaher Formula1-ə qayıtmaq planlarından qışda motosikletdən yıxılarkən aldığı zədələr üzündən imtina etməli olub. Öz saytında yeddiqat dünya çempionu bəyanat […]

Mixael Şumaher Formula1-ə qayıtmaq planlarından qışda motosikletdən yıxılarkən aldığı zədələr üzündən imtina etməli olub. Öz saytında yeddiqat dünya çempionu bəyanat yerləşdirib və fiziki vəziyyətinə görə Felipe Massanı əvəz edə bilməyəcəyini söyləyib. Dünən axşam o komandanı bu barədə xəbərdar edib…

Bəyanatda deyilir: “Dünən axşam mən Ferrari-nin prezidenti Luka di Montedzemolonu və komandanın başçısı Stefano Domenikalini məlumatlandırmışam – təəssüf ki, mən Felipeni əvəz edə bilməyəcəm. Mən həqiqətən çox çalışdım ki, trasa qayıda bilim, amma kədərlə etiraf etməliyəm ki, bu alınmadı.

Təəssüf ki, Mücelloda testlərdən sonra biz boyun nahiyəsində əmələ gəlmiş ağrıların öhdəsindən gələ bilmədik. Fevral ayında motosiklet qəzasında aldığım zədələrin kəllə və boyun nahiyəsindəki zədələrin nəticələri, çox təəssüf ki, həddən artıq ciddi imiş. Ona görə də, mənim boynum hələlik ekstremal yüklənmələrə tab gətirə bilmir. Dünən axşam keçirdiyimiz sonuncu tibbi müayinə bunu təsdiq etdi…

Mən çox məyus oldum və bütün Ferrari komandasından və bütün azarkeşlərdən üzr istəyirəm. Bir daha təkrar edirəm ki, mən əlimdən gələni etdim. İndi yalnız yerdə qalan yarışlarda sevimli komandamı dəstəkləmək qalır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*