H.Marko çox sevinclidir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Bəhreyn yarışından sonra çox xoşbəxtdir.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümün ilk yarışında rahatlıqla qələbə dublu ediblər.

Helmut Marko: “Mövsümə əla başladıq. Nəticəyə təəccüblənməmişəm. Şarl yarışı dayndırmasa, vəziyyət fərqli ola bilərdi.

Həm şassimiz, həm sürücülərimiz təkərə yaxşı nəzarət edirlər. Bu da fərq yaradır. Bu trasın asfalt qatı xüsusidir və biz bundan faydalandıq.

İlk iki gündə balans problemlərimiz var idi, amma komandamız təcrüvəlidir. Əksəriyyəti 15 ildir ki, buradadır. Bundan başqa təcrübəli sürücülərimiz bizə kömək edir. Hər iki də detallı məlumat verirlər və bu da bizi qabağa aparır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*