Ş.Lekler: “İşi bitirməliyik”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, poulun gətirdiyi üstünlüyü qorumalıdırlar.

F-1.az xatırladır ki, monakolu sürücü Avstriyada 1.03.003 zaman nəticəsi ilə karyerasının ikinci poulunu qazanıb.

Şarl Lekler: “Boliddə özümü yaxşı hiss etdim. İkinci sərbəst yürüşlərdən etibarən yaxşı idi. Boliddən həzz aldım. Yenidən poulda olmaq gözəldir, amma bu dəfə işi bitirməliyik.

Birinci və ikinci sərbəst yürüşlərdə Soft təkərlər yaxşı işləmişdi. Ona görə də verdiyimiz qərardan razıyıq. Fiziki cəhətdən çətin olacaq. Çünki bolid çox istidir. Hər şeyə yaxşı nəzarət etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*