L.Həmiltonun meneceri vakansiyasına üç namizəd

Keçən ilin yanvarında Formula1-in iki keçmiş sürücüsünün uzunmüddətli layihələri başa çatdı – gənc sürücülərin menecmenti ilə məşğul olan 2MB şirkətinin […]

Keçən ilin yanvarında Formula1-in iki keçmiş sürücüsünün uzunmüddətli layihələri başa çatdı – gənc sürücülərin menecmenti ilə məşğul olan 2MB şirkətinin həmsahibləri Martin Brandl və Mark Blandellin ittifaqı. Brandl o zaman bildirmişdi ki, jurnalist karyerasını davam etdirmək və oğlunun çıxışları ilə məşğul olmaq istəyir. Bir il ötdükdən sonra şayiələr yayılıb ki, Mark Blandell və ya Mika Hakkinen Lyuis Həmiltonun meneceri ola bilər.

Dünən Lyuis bildirib ki, atası artıq onun meneceri olmayacaq və bütün diqqətini GP Prep layihəsinə yönəldəcək və yeni meneceri axtarmağa tələsmir – hələlik bu işi McLaren-in əməkdaşları yerinə yetirəcəklər, amma britaniyalı jurnalistlər ehtimal olunan namizədlərdən şərh almağa cəhd ediblər.

1998-99-cu illərin dünya çempionu Mika Hakkinenin Lyuislə münasibərləri əladır, həm də Mika keçmiş meneceri Didye Kottonla gənc sürücülərin karyerası ilə məşğul olan Aces Management Group şirkətini təsis ediblər. Finlandiyalı sürücünün McLaren-lə münasibətləri də göz önündədir – o indi də komandanın sponsorları ilə aktiv işləyir.

Kotton Sportsmail-in jurnalistlərinə bildirib ki, “hər şey Lyuisdən asılıdır, onun kifayət qədər effektiv menecmenti var, amma məndən xahiş etsələr, mən belə bir təkliflə maraqlanardım.”

Brandlın da McLaren-lə münasibətləri yaxşıdır, o vaxtılə Dəvid Kulthardın və gənc sürücülərin meneceri idi, amma hələlik britaniyalı sürücü şərh verməkdən imtina edib.

Mark Blandell də vəziyyəti şərh etməyib – Mark Həmiltonun atası ilə işgüzar birlikdədir, keçən ilin sonunda onların hər ikisi yeni 2mb İnternational Soccer Management şirkətini təsis ediblər və bu məsələ son qərara təsir edə bilər.

Deyilənə görə, bu qərar çempionatın Avropaya qayıtması ərəfəsində qəbul oluna bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*