Rəsmən: Türkiyə Qran Prisi yenidən təqvimdə

Formula1 rəhbərliyi bu gün verdiyi açıqlamada bildirib ki, Türkiyə Qran Prisi bu il də təqvimdə olacaq.

F-1.az bildirir ki, qonşularımız təqvimdə Kanadanı əvəz edəcək. Qran Pri iyun ayının 11-13-də baş tutacaq.

Stefano Domenikali: “Bu mövsüm Kanada yarışının olmaması məyusedici olsa da, keçənilki mükəmməl yarışdan sonra Türkiyəyə qayıtmaq həyəcanvericidir. Bütün azarkeşlərimiz dramatik mövsüm startına görə həyəcanlıdırlar və Türkiyədə həmişə maraqlı yarışlar olub.

Kanadanın təşkilatçıları da əllərindən gələnu etdilər və onlara minnətdaram. Lakin səyahətlə bağlı olan vəziyyət planlarımızı alt-üst etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*