F.Tost: “Toro Rosso tempini qoruyacaq”

Bu mövsüm ilk iki yarışda güclü təsir bağışlayan Toro Rosso komandasının rəhbəri Frants Tost düşünür ki, onlar iki və ya üç güclü yeniliklə əla performans göstərməyə davam edə bilərlər.

F-1.az xatırladır ki, Toro Rosso komandası Ferrari-nin keçənilki mühərriyindən istifadə edir və  hazırda mühəndislər çempionatında 6-cı yerdədir.

Komandanın rəhbəri Frants Tost bildirib ki, onların yenilikəri mübarizə aparmaları üçün yetərlidir. Bundan başqa Tost əlavə edib ki, onlar inkişaf etməyə davam edəcəklər: “Təbii ki, boliddən maksimum güc almaq üçün əlimizdən gələni edirik. Komandada hamı yeniliklərin üzərində işləyir.

Mövsüm ərzində bəzi sahələrdə inkişaf edəcəyik. Biz 2015-ci ilin mühərriyi ilə mübarizə aparırıq və geridə qalmaq istəmiriksə, inkişaf etməliyik.

Ümid edirəm ki, iki və ya üç yenilik gətirərək, inkişaf edə bilərik.

Bilirəm ki, bolidi inkişaf etdirə bilərik və bunun üzərində işləyirik. Zənn edirəm ki, digər komandalar da bu cür açıqlamalar verəcəklər.

Növbəti yarışlarda bolidlər daha da təkmilləşəcəklər. Biz də sürücülərimizin bilikləri və təkər təcrübələri ilə inkişaf etməyə çalışacayıq”.

Tost komandanın sürücüləri Ferstappen və Sayns arasındakı rəqabəti də dəyərləndirib: “Biz vəziyyətə nəzarət edirik və onlar müəyyən limitlər daxilində mübarizə aparırlar. Fanlar da bunu görmək istəyirlər, çünki bu cür mübarizələr Formula1 üçün çox vacibdir.

İkisi də mükəmməldir və növbəti yarışlarda bizi daha maraqlı mübarizələr gözləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*