M.Ferstappen Britaniyada uğursuzluğa son qoymaq istəyir

Maks Ferstappen son yarışlardakı uğursuzluqlara Silverstounda son qoymaq istədiyini deyib...

F-1.az xatırladır ki, hollandiyalı sürücü Avstriya yarışında pis start almış və daha sonra birinci döngədə Kvyatın Alonsoya çırpılması nəticəsində insidentə qarışaraq mübarizəni birinci dövrədə dayandırmalı olmuşdu. Qeyd edək ki, 19 yaşlı sürücü son 3 yarışda damalı bayrağı görə bilməyib və cəmi 22 dövrə vura bilib.

Maks Ferstappen: “Qızdırma dövrəsində boliddə problemlərin olduğunu anladım və startda yavaş qaldım. Geriyə düşdükdən sonra ilk döngəyə sakitcə girmək istədim və daha sonra Daniilin Alonsoya çırpılması nəticəsində mən də hadisələrin ortasında qaldım və mübarizəni dayandırmalı oldum.

Komandada hər kəs çox işləyir və onlar da məyusdur. Bu hadisələrə görə heç kəsi günahlandırmaq istəmirəm. Qarşıda hələ çox yarış var və Danielin göstərdiyi performans bizi ruhlandırır. Silverstoun yarışı ilə bəxtsizliklərə son vermək istəyirəm. Ən çox da mənə görə gələn hollandiyalı fanlar üçün məyus oldum. Onlara gözəl şou göstərmək istəyirdim, amma alınmadı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*