K.Horner: Maks fürsətlərdən yararlandı

Red Bull komandasının rəhbəri Kriatian Horner bildirib ki, Ferstappen hər fürsətdən maksimum istifadə edərək çempion olub.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il 22 yarışdan 15-i qazanaraq, karyerasının ikinci titulunu qazanıb.

Kristian Horner: “Maks keçən il ağırçəki boks oyunu kimi keçən çempionatda qalib gəldi. Buna görə də sürücü kimi inkişaf etdiyini düşünürəm. Bu il də yetişkin və soyuqqanlı davrandı və təzyiq altında olduğu yarışlarda qələbələr qazandı.

Bu ilə baxanda görürük ki, Səudiyə Ərəbistanı, Mayami və Monreal kimi yarışlarda vacib işlər görüb. Mövsümün əvvəlində ən sürətli maşın bizdə deyildi. Buna baxmayaraq, Maks bizi mübarizənin içində tutdu və əlindən gələni etdi. Həmişə mükəmməl idi. Hər fürsətdən maksimum istifadə edə bildi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*