FİA “reaktiv asılqan”ı rəsmən qadağan edib

Formula1 mühəndislərinin icad etdikləri növbəti texniki yeniliyin ömrü çox qısa olub. Maşının yerdən hündürlüyünü korreksiya edən sistem – bu hündürlüyü […]

Formula1 mühəndislərinin icad etdikləri növbəti texniki yeniliyin ömrü çox qısa olub. Maşının yerdən hündürlüyünü korreksiya edən sistem – bu hündürlüyü daim stabil saxlamaqla onun aerodinamik effektliyini və stabilliyin artırmalı olan sistem hamıya məlum olduqdan bir neçə ay sonra qadağan olunub.

Yeniliyi Lotus komandasının mühəndisləri hələ keçən il Abu Dabidə gənc sürücülərin testlərində yoxlamışdılar. Mütəxəssislər tərəfindən “reaktiv asılqan” adını almış sistem əvvəlcə FİA tərəfindən leqal hesab olunmuşdu, amma dünən Formula1 çempionatının iştirakçısı olan komandaların hər biri yarışların direktoru Çarli Uaytinqdən sisteminq adağan olunması barədə rəsmi məktub alıb.

Bu faktı Reuters agentliyinin jurnalistlərinə FİA-nın mətbuat xidmətinin başçısı Matteo Bonçiani də təsdiq edib. O deyib ki, federasiyanın texniki ekspertləri bir neçə komanda tərəfindən yeni sistemin işləmə prinsipinin leqallığını açıqlamasını federasiyadan tələb ediblər.

2012-ci Formula1 çempionatının texniki reqlamentinin 3.15 maddəsində deyilir ki, “maşının aerodinamik xarakteristikasını dəyişmək üçün sürücünün hərəkətindən istifadə edən istənilən sistem, qurğu və ya prosedur qadağandır.” Lotus-un yoxladığı sistem sürücünün əyləc pedalını basmağa əsaslanırdı və asılqanın elementlərinə bərkidilirdi.

Bonçianinin sözlərinə görə, FİA-ya təqdim olunmuş nümunə linklərdən birinin uzunluğunu dəyişirdi və nəticədə maşının aerodinamik xarakteri dəyişirdi. Federasiyanın nümayəndələrinin fikrincə, belə bir qurğu qadağandır, çünki 3.15 maddəsini pozur, eyni zamanda 10.2.2 və 10.2.3 maddələri ilə ziddiyət təşkil edir – “maşının hərəkəti zamanı asılqana dəyişiklik etmək qadağandır”.

Bu zaman başqa sual ortaya çıxır – bu yuxarıda deyilənləri nəzərə alaraq federasiya niyə əvvəldən sistemi qadağan etməmişdi? Axı sistemə yaşıl işıq göstərildikdən sonra komandalar onun hazırlanması və təkmilləşdirilməsinə böyük vəsaitlər xərcləyiblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*