M İ G İnvestments – Brawn GP-nin yeni sponsorudur

Bu gün Brawn GP maşınlarında yeni sponsorun loqotipləri görünüb: İsveçrənin ən böyük və uğurlu birja broker M İ G İnvestments […]

Bu gün Brawn GP maşınlarında yeni sponsorun loqotipləri görünüb: İsveçrənin ən böyük və uğurlu birja broker M İ G İnvestments şirkəti komanda ilə üçillik müqavilə imzalayıb. M İ G İnvestments loqotipləri artıq BGP001-in burun elementinin ucuna və ön antiqanadlara vurulub, İspaniya Qran Prisindən başlayaraq isə sürücülərin kombinezonlarında və personalın uniformasında da olacaq…

Ross Braun: “Biz M İ G İnvestments şirkətinin Formula1-ə gəlişinə şadıq və onu bizim komandamızda salamlayırıq. Mövsümün startı bizim üçün əla keçir və biz üçüncü işgüzar tərəfdarımızı qazanmağa şadıq.

Formula1 əvvəlki kimi yeni sponsorlar üçün maraqlıdır, onlar bizim idmana sərmayə yatırtmaq istəyirlər – hazırkı iqtisadi şəraitdə bu yaxşı işarədir. Biz M İ G İnvestments şirkətilə sıx əməkdaşlıq etmək niyyətindəyik və Formula1-in geniş imkanlarını nəzərə almaqla şirkəti bütün dünyaya tanıtmaq fikrindəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*