Brawn GP: Cümə yaxşı keçib

Bugünkü sərbəst yürüşlərin gedişində Brawn GP komandası əsas diqqəti maşının balansının yaxşılaşdırılmasına, Şanxay trasına müvafiq sazlanmaların axtarışına və Bridgestone təkərlərinin […]

Bugünkü sərbəst yürüşlərin gedişində Brawn GP komandası əsas diqqəti maşının balansının yaxşılaşdırılmasına, Şanxay trasına müvafiq sazlanmaların axtarışına və Bridgestone təkərlərinin qiymətləndirilməsinə yönəldib…

Censon Batton (1-ci yer): “Maşının balansı günün sonuna əhəmiyyətli dərəcədə yaxşılaşdı, amma səhər sazlanma axtarışına vaxt sərf etməli olduq. Biz hər iki təkər tərkibi ilə çox işlədik, onların uzun məsafədə özlərini aparmasını öyrəndik.

Trasda sıx trafik var idi, ona görə də boş sahə tapmaq çətin idi. Cümə yaxşı keçdi, amma sabah da işləmək lazımdır ki, sıralanma turuna tam hazır olaq.”

Rubens Barrikello (3-cü yer): “Cümə pozitiv təsir bağışladı, biz qarşıdakı uik-endə hazırlaşmaqla pis işləmədik. Hər şeydən əvvəl biz təkərlərlə çalışdıq, onlardan maksimum səmərə qazanmaq yolları axtardıq.

Biz müxtəlif variantlardan istifadə etdik, amma istifadə etdiyim sonuncu təkər dəstində problemlər yarandı – maşın trası pis tuturdu. Asfalat indi rezin qırıntıları ilə doludur, amma uik-endin gedişində tras təmizlənməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*