14 Noyabr 2018, Çərşənbə - 15:22

İspaniya-2018: İkinci sərbəst yürüşlər

İspaniya-2018: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

18:48 - 11 May, 2018

Güclü külək nahardan sonra da davam edib, mühəndislər və sürücülərə yeniliklərin səmərəliliyinin yoxlanmasında mane olub.

F-1.az bildirir ki, ikinci sessiya qəza ilə başlayıb – Qrojan idarəetməni itirərək çınqıllığa düşüb. Təxliyə işlərinin aparılması üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Bir neçə dəqiqədən sonra sürücülər işlərinə davam ediblər. Sessiya əsasən sazlanmaların tapılmasına və təkərlərin effektivliyinin qiymətləndirilməsinə həsr edilib.

Sirotkin ikinci məşqlərdə maşını Kubitsadan təhvil alıb. Vandorn maşının altlığı dəyişildiyindən, ilk yarım saatı boksda keçirməli olub. Rəykkönen sessiyanın 49-cu dəqiqəsində çınqıllığa çıxsa da, trasa qayıda bilib. Bundan 4 dəqiqə sonra isə onun maşını tüstülənib və mühəndisi dayanmasını xahiş edib. Finlandiyalı sürücü maşını pit-leynə gətirib və mexaniklərə təhvil verib. Peres pit-stopdan sonra sol ön təkəri yaxşı bağlanmadığı üçün doqquzuncu döngədə dayanmalı olub.

Protokollara Həmilton başçılıq edib – 1:18.259. Nəticələr sıx olub, lakin yarış simulyasiyasında Red Bull sürücüləri daha yaxşı təsir bağışlayıblar. Məşqlər sabah 14:00-da davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:18.25939
23Daniel RikkardoRed Bull1:18.392+ 0:00.13341
333Maks FerstappenRed Bull1:18.533+ 0:00.27439
45Sebastyan FettelFerrari1:18.585+ 0:00.32634
577Valtteri BottasMercedes AMG1:18.611+ 0:00.35239
67Kimi RəykkönenFerrari1:18.829+ 0:00.57016
78Roman QrojanHaas1:19.579+ 0:01.32024
820Kevin MaqnussenHaas1:19.643+ 0:01.38439
92Stoffel VandornMcLaren1:19.722+ 0:01.46332
1011Serxio PeresForce İndia1:19.962+ 0:01.70328
1131Esteban OkonForce İndia1:20.024+ 0:01.76538
1214Fernando AlonsoMcLaren1:20.035+ 0:01.77635
1327Niko HülkenberqRenault1:20.183+ 0:01.92443
1410Pyer QasliToro Rosso1:20.373+ 0:02.11432
159Markus ErikssonSauber1:20.501+ 0:02.24237
1616Şarl LeklerSauber1:20.514+ 0:02.25529
1755Karlos SaynsRenault1:20.672+ 0:02.41331
1828Brendon HartliToro Rosso1:21.265+ 0:03.00634
1918Ləns StrollWilliams1:21.556+ 0:03.29735
2035Sergey SirotkinWilliams1:22.060+ 0:03.80136

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 332
Teqlər , ,
Paylaş

logo