F1 Academy-nin Barselonadakı testləri başa çatıb

Akademiyanın üzvləri Kataloniyadakı trasda iki günlük testləri başa vurublar. Beş komandanın hər biri 3 sürücü ilə işləyib.

F-1.az bildirir ki, Barselona trası hamıya yaxşı tanışdır, lakin xanımlar yeni maşınlara öyrəşmək üçün həyəcanlı olublar. Lakin hər şey yaxşı keçib. Alpie komandasının gənc sürücülər proqramının dinləyicisi Ebbi Pullinq bildirib ki, proqramı tamamlaya biliblər, bir çox şey öyrəniblər və düzgün sazlanmaların tapılmasına nail olublar.

Qeyd edək ki, F1 Academy-nin ilk yarış mövsümü aprelin sonu Avstriyada start götürəcək.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*