24 Avqust 2019, Şənbə - 11:02

Koreya Qran Prisi: Tras

Koreya Qran Prisi: Tras

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:53 - 08 Noyabr, 2012

Cənubi Koreya Qran Prisinin keçirilməsi üzrə danışıqlar hələ keçən əsrin sonlarında başlamışdı, amma birinci dəfə təşkilatçılar qoyulan şərtlərə əməl etmədikləri […]

Cənubi Koreya Qran Prisinin keçirilməsi üzrə danışıqlar hələ keçən əsrin sonlarında başlamışdı, amma birinci dəfə təşkilatçılar qoyulan şərtlərə əməl etmədikləri üçün Berni Ekklstouna böyük məbləğdə kompensasiya ödəməli olmuşdular.

İkinci dəfə tərəflər 2003-cü ildə görüşüblər, niyyət protokolu imzalanıb, üç il sonra Berni 2010-2016-cı illərdə yarışın keçirilməsinə razılıq verib. Təşkilatçılıq rolunu bu dəfə Korea Auto Valley Operation (KAVO) şirkəti yerinə yetirib. Dörd il ərzində German Tilkenin hazırladığı layihə üzrə tras tikilib – layihənin ilkin dəyəri 250 milyon dollar olub.

kor2

Tarix: 12-14 oktyabr 2012-ci il
Tras: Yonam
Dövrənin uzunluğu: 5615 m
Dövrələrin sayı: 55
Ümumi məsafə: 308.630 km

Avtodrom Cənubi Koreyanın cənub-qərbindəki Çolla Namdo əyalətinin Yonam qəsəbəsində yerləşir, Seuldan 370 km uzaqlıqda. Tilke çox güclü layihəni reallaşdırıb – nəticədə ilkin büdcə tezliklə xərclənib, ümumdünya iqtisadi böhranı sərmayədarların maraqlarına təsir edib və yarışın keçirilməsindən iki ay əvvəl hökumət vəziyyətə nəzarəti öz əlinə götürməli olub.

Müqaviləyə əsasən işlər hələ keçən ilin yayında başa çatmalı idi, təşkilatçılar uzun müddət mətbuatı əmin edirdilər ki, hər şey vaxtında hazır olacaq, amma FİA-nın təftişinə az vaxt qaldıqca aydın olub ki, Koreya trasına güzəşt ediləcək. Nəticədə tras ilk uik-enddən cəmi bir həftə əvvəl təftişi keçib – layihənin yalnız bir hissəsi hazır olub, yahtalarla dolu liman, parklar və restoranlar isə növbəti ilə saxlanılıb.

kor3
Saat əqrəbinin hərəkətinin əksinə qurulmuş trasın konfiqurasiyası dövrənin əvvəlində üç düz yoldan və qalan hissədə kifayət qədər mürəkkəb döngələrdən ibarətdir. Ən uzun düz yolun uzunluğu 1.2 km-dir – təqvimdə ən uzun düz yoldur, keçən il sürücülər bu yolda 320-325 km/saat sürət yığırdılar.

Trasda sürətli və yavaş döngələr var, 11-ci döngə ikili apekslədir. Maşının sazlanması asfalta yatma qüvvəsi ilə sürət arasında kompromis tələb edir, yeni döşənmiş asfalt isə mühəndislərin işini çətinləşdirir – trasın xarakteristikası uik-endin gedişində dəyişəcək. Pirelli şirkəti Koreyaya ən yumşaq cütlüyü – Soft və SuperSoft təkərlərini gətirəcək.


Koreya Qran Prisi: Tras

Koreya Qran Prisi: Tras

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:38 - 22 Noyabr, 2011

Cənubi Koreya Qran Prisinin keçirilməsi üzrə danışıqlar hələ keçən əsrin sonlarında başlamışdı, amma birinci dəfə təşkilatçılar qoyulan şərtlərə əməl etmədikləri […]

Cənubi Koreya Qran Prisinin keçirilməsi üzrə danışıqlar hələ keçən əsrin sonlarında başlamışdı, amma birinci dəfə təşkilatçılar qoyulan şərtlərə əməl etmədikləri üçün Berni Ekklstouna böyük məbləğdə kompensasiya ödəməli olmuşdular.

İkinci dəfə tərəflər 2003-cü ildə görüşüblər, niyyət protokolu imzalanıb, üç il sonra Berni 2010-2016-cı illərdə yarışın keçirilməsinə razılıq verib. Təşkilatçılıq rolunu bu dəfə Korea Auto Valley Operation (KAVO) şirkəti yerinə yetirib. Dörd il ərzində German Tilkenin hazırladığı layihə üzrə tras tikilib – layihənin ilkin dəyəri 250 milyon dollar olub.

kor2

Tarix: 14-16 oktyabr 2011-ci il
Tras: Yonam
Dövrənin uzunluğu: 5615 m
Dövrələrin sayı: 55
Ümumi məsafə: 308.630 km

Avtodrom Cənubi Koreyanın cənub-qərbindəki Çolla Namdo əyalətinin Yonam qəsəbəsində yerləşir, Seuldan 370 km uzaqlıqda. Tilke çox güclü layihəni reallaşdırıb – nəticədə ilkin büdcə tezliklə xərclənib, ümumdünya iqtisadi böhranı sərmayədarların maraqlarına təsir edib və yarışın keçirilməsindən iki ay əvvəl hökumət vəziyyətə nəzarəti öz əlinə götürməli olub.

Müqaviləyə əsasən işlər hələ keçən ilin yayında başa çatmalı idi, təşkilatçılar uzun müddət mətbuatı əmin edirdilər ki, hər şey vaxtında hazır olacaq, amma FİA-nın təftişinə az vaxt qaldıqca aydın olub ki, Koreya trasına güzəşt ediləcək. Nəticədə tras ilk uik-enddən cəmi bir həftə əvvəl təftişi keçib – layihənin yalnız bir hissəsi hazır olub, yahtalarla dolu liman, parklar və restoranlar isə növbəti ilə saxlanılıb.

kor3
Saat əqrəbinin hərəkətinin əksinə qurulmuş trasın konfiqurasiyası dövrənin əvvəlində üç düz yoldan və qalan hissədə kifayət qədər mürəkkəb döngələrdən ibarətdir. Ən uzun düz yolun uzunluğu 1.2 km-dir – təqvimdə ən uzun düz yoldur, keçən il sürücülər bu yolda 320-325 km/saat sürət yığırdılar.

Trasda sürətli və yavaş döngələr var, 11-ci döngə ikili apekslədir. Maşının sazlanması asfalta yatma qüvvəsi ilə sürət arasında kompromis tələb edir, yeni döşənmiş asfalt isə mühəndislərin işini çətinləşdirir – trasın xarakteristikası uik-endin gedişində dəyişəcək. Pirelli şirkəti Koreyaya ən yumşaq cütlüyü – Soft və SuperSoft təkərlərini gətirəcək.

Keçənilki yarışda Red Bull sürücülərinin hər ikisi xalsız qalmışdı, bu dəfə qələbəyə real namizəd yenə də onlardır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 422
Teqlər
Paylaş

logo