Domenikali: F1-ə rəqabətədavamlı Ferrari lazımdır

Çərşənbə axşamı Mattia Binottonun Ferrari komandasının rəhbəri vəzifəsindən istefa verdiyi açıqlayıb və bütün idman ictimaiyyəti bu məsələyə münasibətini bildirməkdə davam edir.

F-1.az xatırladır ki Formula1-in başçısı Stefano Domenikali də Skuderiyaya rəhbərlik edib və 2014-cü ildə işdən çıxarılıb, ona görə də onun Ferrari-dəki kadr dəyişikliyi ilə bağlı fikirlərini eşitmək xüsusilə maraqlıdır.

Stefano Domenikali: “Hazırkı mövqeyimi nəzərə alaraq, vəziyyəti şərh etməyə haqqım yoxdur, amma Mattia Binottoya gələcəkdə ən yaxşısını arzulaya bilərəm. Arzu edirəm ki, Ferrari bu il başlayan və mövsümün sonunda ikincinciliklə nəticələnən yoluna davam etməsinə kömək edə biləcək adamı tapacaq. Uğurlu mövsüm keçirən Karlos Saynsla yanaşı, komandanın da yüksək səviyyədə rəqabət apara bilməsi Formula1 üçün vacibdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*