Ş.Lekler: Red Bull sürətlidir

Red Bull pilotları bu mövsüm bütün yarışlarda qalib gəliblər. Şarl hesab edir ki, Ferrari sıralanma turunda rəqiblərini qabaqlaya bilsə, Monakoda qalib gəlmək şansı ola bilər.

F-1.az xəbər verir ki, monakolu sürücü öz doğma yarışında ötmələrin mümkünsüzə bərabər olmasına güvənir.

Şarl Lekler: “Düzünü desəm, məncə Red Bull digərləri üçün etalon olaraq qalır. Sıralanma turunda ideal dövrə vura bilsək, start düzümündə onlardan öndə qərarlaşmaq mümkün olacaq. Onlar yarışda çox sürətlidirlər, lakin Monakoda ötmə olduqca çətindir.

Üstəlik, təkcə Red Bull sürətli deyil – mübarizənin episentrində Aston Martin dayanır, Mercedes daha bir yenilik gətirib və onların necə çıxış edəcəyini düşünürəm. Görək bizim üçün hansı nəticə mümkündür.

Monakoda əlinizdən gələni etməli olduğunuz seçmə mərhələyə çatmaq üçün sürəti addım-addım artırmalısınız. Bu trasda hər şeyi düzgün etdikdə inanılmaz emosiyalar və adrenalin yaşayırsınız.

Monakodakı çıxışlar mənə nədənsə kartinqi xatırladır, çünki orada da döngələr bir-birinin ardınca gəldiyi üçün düşünməyə vaxt yox idi. Şübhə yoxdur ki, Monakoda mövsümün ən yaxşı şansına malikik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*