Rəsmən: Sayns və Maqnussen yarışa son cərgədən başlayacaqlar

Ferrari komandasından Karlos Sayns və Haas-dan Kevin Maqnussen sabahkı yarışa sonuncu yerdən başlayacaqlar.

F-1.az xatırladır ki, Saynsın motoru keçən yarış Avstriyada yanmışdı. Buna görə də onun yeni güc qurğusuna keçəcəyi gözlənilirdi. Lakin Ferrari əvvəlcə Saynsı köhnə motorla yarışdırmaq istədi və yalnız idarəetmə elektronikasını dəyişdi. Buna görə də ispaniyalı sürücü yarışın startında 10 yer itirəcəkdi. Lakin bu gün Ferrari belə qərara gəlib ki, Saynsı təzə güc qurğusuna keçirsin.

Beləliklə, Sayns yeni güc qurğusuna və yeni qazburaxma sisteminə keçib. Buna görə də yarışa sonuncu yerdən başlayacaq.

Gözlənilmədən Haas komandasının sürücüsü Kevin Maqnussen də yeni daxiliyanma mühərriyi, turbo, MGU-H, MGU-K və qazburaxma sisteminə keçib. Buna görə o da peletonun sonuna göndərilib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*