N.Haydfeld: “Nəticədən razıyam”

Malayziya Qran Prisinin xaosunda Nik Haydfeld pit-stopa bir dəfə baş çəkən yeganə sürücü olub, BMW Sauber komandası alman sürücü üçün […]

Malayziya Qran Prisinin xaosunda Nik Haydfeld pit-stopa bir dəfə baş çəkən yeganə sürücü olub, BMW Sauber komandası alman sürücü üçün Ferrari-nin Rəykkönenə tətbiq etdiyi taktikadan istifadə edib – amma alman sürücü finlandiyalı sürücüdən fərqli olaraq yağış təkərlərini düz yağış başlayan dövrədə alıb. Belə uğurlu təkər seçimi sayəsində alman sürücü finiş xəttini ikinci keçib, onuncu yerdən startdan sonra əla nəticədir…

Nik Haydfeld: “Onuncu yerdən start aldıqdan sonra finiş xəttində ikinci olmağıma çox şadam. Çətin yarış oldu, mən yaxşı start aldım, amma yanacaqla dolu maşını idarə etmək çətin idi. Məlum olanda ki, tezliklə yağış yağacaq mən nəzərdə tutuduğumuzdan yeddi dövrə tez boksa getdim və təzə yağış təkərləri aldım. Yağış başlayan kimi maşın özünü normal aparmağa başladı. Sonra yağış lap gücləndi və mən hətta Təhlükəsizlik Maşının arxasında trasda fırlandım – maşın akvaplaninq edirdi.

Nəticədən razıyam, komandamız da mövsümdə ilk xallarını qazanıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*